menzil

Mənzillərin qiymətində bahalaşma olacaq? – EKSPERT YANAŞMASI

Baxış sayı: 1. 139
 “Mənzil bazarında qiymətlər bahalaşır”. Bunu mənzil bazarında qiymət dinamikasını və tələb-təklif qrafikini dəyərləndirərkən ekspert Nüsrət İbrahimli bildirir. 

Onun sözlərinə görə, 2018-ci ilin 11 ayı ilə cari ilin 11 ayını müqayisə edəndə bazarda qiymət artımının şahidi oluruq:

“Bu il mənzil bazarında qiymətlər 6.88 faiz artıb. Lakin təkrar mənzil bazarında 1.4 faiz ucuzlaşma olub. Hər iki bazarı ümumi götürdükdə bu il dörd faiz qiymət artımı müşahidə olunur. Amma noyabr ayından bazarda durğunluq yaranıb. Fikrimcə, ilin sonuncu ayında da bazarda qiymət ucuzlaşması müşahidə olunacaq. Son olaraq 2019-cu ildə mənzil bazarında 3.5-4 faiz bahalaşma qeydə alınacaq. Eyni zamanda bazarda tələb dinamikasında da müəyyən dəyişikliklər var. Hazırda bu dinamika artan xətt üzrə davam edir.


N.İbrahimli onu da deyir ki, bu il kirayə evlərin qiymətində kəskin bahalaşma qeydə alınıb:

“Hazırda kirayə mənzillərin qiymətində artım dinamik olaraq müşahidə olunur. Bu ilin 11 ayı ərzində kirayə evlərin qiymətində 3.34 faiz yüksəlmə olub. Eyni zamanda dekabr ayının ikinci yarısında kirayə evlərin qiymətində kəskin bahalaşma müşahidə olunub. Hazırda kirayə mənzil bazarında 2.4 faiz artım olsa da, ayın ikinci yarısından sonuna kimi bu dinamika genişlənəcək. Yeni il bayramı ilə əlaqədar olaraq əcnəbilərin ölkəyə üz tutması və daha çox kirayə evlərdə qalması bazarı hərəkətləndirəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir