test

Ana-ata olmağa hazırsınızmı? – TEST

Baxış sayı: 1. 072

Çoxlarımızın məqsədlərindən biri uşaq sahibi olmaqdır. Gənc cütlüklər də evlənərkən bunu qarşılarına məqsəd qoyurlar. Amma buna nə dərəcədə hazırdırlar? Uşaq inkişafı və təhsili mütəxəssisi Meral Həsəndayıoğlunun hazırladığı testi çözərək ana və ata olmağa nə dərəcədə hazır olduğunuzu öyrənə bilərsiniz.

 

1) Gəlirimin çoxunu ailəm və evim üçün xərcləyirəm.

a) Bəli b) Xeyr c) Bəzən

 

2) Həyat yoldaşımla ev işlərini paylaşıram.

a) Bəli b) Xeyr c) Bəzən

 

3) İşimdə və evimdə üzərimə düşən məsuliyyəti anlayır və işimi zamanında yerinə yetirirəm.

a) Bəli b) Xeyr c) Bəzən

 

4) Həyat yoldaşımıa zaman keçirməyi xoşlayıram.

a) Bəli b) Xeyr c) Bəzən

 

5) Evdə olmaqdan zövq alıram.

a) Bəli b) Xeyr c) Bəzən

 

6) Həftə sonları həmişə evdə olmağa üstünlük verirəm.

a) Bəli b) Xeyr c) Bəzən

 

7) Evlə bağlı məsuliyyəti üzərimə götürməyi: təmir etməyi, evləri yığışdırmağı, nəyinsə yerini dəyişməyi və s. sevirəm.

a) Bəli b) Xeyr c) Bəzən

 

8) Ara-sıra dost çevrəmdən biriylə zaman keçirmək xoşuma gəlir.

a) Bəli b) Xeyr c) Bəzən

 

9) Hobbilərimə zaman ayırıram.

a) Bəli b) Xeyr c) Bəzən

 

10) Evdə qərarları həyat yoldaşımla birgə veririrk.

a) Bəli b) Xeyr c) Bəzən

 

11) Evdə bir körpənin varlığı məni xoşbəxt edər.

a) Bəli b) Xeyr c) Bəzən

 

“Bəli”lər çoxdursa

Cavablarınızın çoxu “bəli”dirsə, artıq uşaq sahibi olmağa tam hazırsınız deməkdir.

Çünki “mən” anlayışından “biz” anlayışına keçmisiniz. Eviniz və ailəniz həyatınızda önəmli yer tutur. Başqalarına sayğı göstərirsiniz. Uşağın böyüyüb inkişaf edəcəyi uyğun ortamı yaratmısınız.

 

“Xeyr”lər çoxdursa

“Xeyr” cavabınız çoxdursa, ana-ata olmanız üçün bir az da gözləməyiniz lazımdır. “Biz” anlayışını hələ əldə etməmisiniz. Daha çox tək hərəkət edirsiniz. Buna görə də körpənzin olmasını planlaşdırmadan öncə özünüzü bu yöndə inkişaf etdirin.

 

“Bəzən” çoxdursa

Cavablarınızın əksəriyyəti “bəzən”dirsə, ətrafınızdakılarla rahatlıqla münasibət qura bilirsiniz. Ailəniz üçün uyğun bir zamanda körpə sahibi ola bilərsiniz. Ancaq dəyişkən davranışlarınız güvən problemi yaratmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir