CANTA

Bu qış hansı çantalar dəbdədir? – FOTOLAR

Baxış sayı: 1. 410

Bu qış nə geyinim, necə geyinim deyirsinizsə, yaxın gəlin. “Gencaile.az”saytının BBC-yə istinadən təqdim etdiyi yazıda 2019-2020-ci illərin qışında olar-olmazlarından – bəzi geyim, ayaqqabı və əlbəttə ki, aksesuar trendləri barədə bu yazıda məlumat tapacaqsınız.

Bu qış dəbdə ümumi istiqamət etik dəbdir, yəni təkrar istehsala davamlı materiallar və əsl xəzdən imtina diqqət önündədir. Bu dəfə sizə dəbdə olacaq çantaları təqdim edirik:

Çantalarda əsas trend ağzı kisə kimi bağlanan “pouch” – torba çantalardır. Bundan başqa, iki ildir ki, dəbdə olan mikro çantalar bir az böyüdülərək orta ölçülü və A kəsimli olub.

Lakin mikro çantalar da dəbdən düşməyib. Bloqçu Pərvanə Məmmədovanın “çantamın çantası var” adlandırdığı dəb də məşhurdur, yəni məsələn, diametri 5 santimetr olan çantalar artıq çantanın üzərindən pul kisəsi kimi asıla bilər…

Beldən kəmərlə bağlanan çantalar, eləcə də qucaqda, qoltuqaltında saxlanan çantalar da dəbə gəlib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir