Usaq - oxumaq

Uşağınıza kağız-qələm verin – VALIDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 994

Yəqin siz də kiçikyaşlı uşaqların kağız üzərində nə isə qaraladığını görmüsünüz. Belə hallar uşaqlarda adətən 18-ci aydan sonra baş verir. Bu dövrdə uşaqlara rəngli qələmlər və kağızlar vermäk, onları bu işə daha da həvəsləndirmək lazımdır.

usaq

 

Bu qaralamalar əvvəlcə heç bir təsir bağışlamasa da, uşaqlar sonradan onları nəyəsə oxşatmağa çalışırlar. Bu isə onlarda “yaradıcılıq” ruhunu artırır.

Bir çox valideynlər üçün mənasız cizgilər yığını olan bu qaralamalar uşağın inkişafına çox müsbət təsir göstərir. Necə? Hər şeydən əvvəl uşağın əzələ sistemi inkişaf edir. Əl və göz arasında daha asan əlaqə qura bilir. Diqqətini toplamağı öyrənir. Digər tərəfdən, yeni formalar, yeni rənglər kəşf etdikcə özünə inamı artır. Bundan başqa qaralamalar uşaqdakı gərginliyi də azaldır.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir