YEN IL

Müxtəlif ölkələrdə Yeni il tətili nə qədər davam edir?

Baxış sayı: 1. 417

Azərbaycanda Yeni il tətili davam edir. Ölkə əhalisi tətildən yanvar ayının 7-də qayıdacaq.Tətil günləri müxtəlif ölkələrdə fərqli olur. Qonşu Rusiyada da bu il yanvar tətili 8 gün davam edəcək. Gəlin digər ölkələrdə bayram günlərinin nə qədər davam edəcəyinə nəzər salaq.

ÇİN: 8 GÜN

İ1 yanvar — Yuan-Dan (Qərb təqviminə əsasən Yeni il)Yanvar ayının 24-30-na qədər isə Çin təqvimi ilə Yeni il qeyd olunur.
 

 

Çin Xalq Respublikasında Çin yeni ili 7 gün davam edir və Bahar Bayramı adlandırılır. Tarixləri dəyişkən olur və əsasən qışda ikinci yeni ay doğumuna təsadüf edir. Əsasən 21 yanvar və 21 fevral arası tarixlərə təsaadüf etsə də, bu il fevral ayının uzun olması, tarixlərdə dəyişiklik yaradıb (24-30 yanvar). Çində rəsmi şəkildə məzuniyyət yoxdur, ona görə də bütün Çin əhli bu bayram tətilindən maksimum  şəkildə istifadə etməyə çalışır. Təsəvvür edin ki, 1 milyarddan çox insan təkcə öz ölkəsində deyil, onun hüdudları xaricinə də səyahət edəcək. 1 yanvar Çində iş günü deyil, Milad bayramı isə Çində milli bayram kimi qeyd olunmur, sadəcə Honkonq və Makaoda qeyri-iş günü hesab olunur.

 

ABŞ: 2 GÜN

25 dekabr — Milad və 1 yanvar – Yeni il 

 

Hazırda ABŞ-da yaşayan biri kimi əminliklə deyə bilərəm ki, rəsmi bayram sadəcə 2 gündür və Amerikanlar uzun tətil imkanından məhrumdur. Amma bir çox yerli sakin il ərzində öz məzuniyyətlərini elə planlaşdırır ki, heç olmasa bir neçə gün Milad ərəfəsində və ya sonrasında tətilə çıxsın. Əhali daha çox Milad bayramını təm-təraqla qeyd edir, nəinki Yeni ili. Rəsmi müəssisələr də tam rejimdə olmasa belə, bu iki gün xaric digər günlərdə çalışır. Adətən bayram ərəfəsi, yəni 24 dekabr və 31 dekabr yarım iş günü olur.

Maraqlıdır: Yer üzündə Yeni ili və yeni günü ən birinci Polineziyada Tonqa Krallığı, Sakit Okean hövzəsində Kiribati Respublikası, eləcə də Yeni Zelandiyanın Çatem adası vilayəti qarşılayır.

 

BRAZİLİYA: 2 GÜN

25 dekabr — Milad və 1 yanvar – Yeni il

 

Braziliyada da uzun davam edən Yeni il tətili yoxdur, onlar 24 və 31 dekabrda saat 2-dən sonra sərbəstdirlər. Bayram daha çox çimərliklərdə, dəniz kənarında və ya kafelərdə qeyd olunur. Braziliyalılar iki günlük istirahətlə kifayətlənməli olur. Fevral ayında isə onları beş gün davam edəcək məşhur karnaval festivalı gözləyir.

 

KUBA: 4 GÜN

25 dekabr — Milad,  31 dekabr —  Yeni il ərəfəsi1 yanvar — Azadlıq günü, 2 yanvar ­– Qələbə bayramı.

Azadlıq adası hələ də Kommunizm qurmaq arzusundan əl çəkmir, buna görə də sosializmin qələbəsi ilə bağlı bütün vətənpərvər bayramlar digər tarixlər üzərində üstünlüyə malikdir. İlin ilk iki günündə Kubada üç bayram qeyd olunur – Azadlıq günü, Fidel Kastronun Qələbə bayramı və Yeni il. Bayramlara hazırlıq bir neçə ay öncə başlayır, adətən hərbi paradlar ilə başlayır, daha sonra prezident nitq söyləyir, daha sonra əhali küçələrə çıxıb rəqslər edir və gəzintilərə qoşulur.

 

İSPANİYA: 3 GÜN

25 dekabr— Milad1 yanvar — Yeni il6 yanvar — Üç kral bayramıImage result for el dia de los reyes magos espana

2019-cu ildə Yeni ili İspaniyada qarşılamaq mənə də qismət olub. İspanlar hər əyalətdə özlərinə məxsus şəkildə bu bayramı qeyd edir və ABŞ inteqrasiyasından öz adətlərini qorumağa çalışır. Milad öncəsi gecə (Nochebuena) daha ailəvi bir mühitdə keçirilir. 31 dekabr gecəsi (Nochevieja) isə dostlarla əylənmək və şənlənmək üçündür. Amma hər iki halda böyük süfrələr açıla bilər. Bir az təamlardan daddıqdan sonra ispanlar küçələrə axışır, adətən Yeni il gecəsi saat 12-ni vuranda onlar gələn ilin hər bir ayının uğurlu keçməsi üçün son 12 saniyədə, 12 dənə üzüm yeyirlər. 12 tamam olanda hər kəsin ağzı üzümlə dolu olur, şampan şərabı açılır və xoş arzularla il qarşılanır.Yanvarın 6-da isə “Día de los Reyes Magos” (Kahin kralların günü qeyd olunur) – bu gün şəhərlərdə müxtəlif süvari paradları təşkil olunur. Burada kral sözü məcazi mənada işlənir, söhbət gəlişi gözlənilən üç ağıllı maqdan, kahindən gedir. Uşaqlara hədiyyələri gətirənlər də məhz onlardır, əsl ispan adətlərində Santa Klaus mövcud deyil.

 

ALMANİYA: 3-4 GÜN

25-26 DEKABR — MİLAD

1 yanvar — Yeni il6 Yanvar — Üç kral bayramı yalnız Baden-Bürtemberq, Bavariya və Saksoniya-Anxalt ərazilərində qeyd olunur.

Qərbi Avropada Milad bayramı Yeni ildən daha çox təmtəraqlı keçirilir, ona görə də əsas mərasimlər və hədiyyələrin verilməsi Katolik Miladına uyğun baş verir. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni isə almanlar Silvester adlandırır – müqəddəslərdən birinin adıdır. Həmin gün xırda, simvolik hədiyyələr verilir, onlar yeni ildə uğur gətirmək üçün nəzərdə tutulur. Yanvarın 2-də almanlar artıq iş başında olur.

MİSİR: 2 GÜN

7 yanvar — MiladAvqust — Əl Hicrə – İslam yeni iliMisir xrsitianları provaslav (ortodoks) Milad bayramını qeyd edir və həmin gün – 7 Yanvar istirahət günüdür. Yeni il isə Hicri-Qəməri təqvimlə hesablanır, Məhərrəm ayının ilk günü İslam dünyasında həm də yeni ilin ilk günüdür, keçirildiyi tarix hər il 10 gün dəyişir. Bu il avqustun 20-nə təsadüf edəcək.

 

TAİLAND: 2 GÜN QIŞDA VƏ 3 GÜN YAZDA

31 dekabr-1 yanvar— Yeni il13 — 15 aprel — Tay yeni ili , Sonqkran

Qriqorian təqviminə əsasən ilin dəyişməsi və Avropa adətləri özünü 31 dekabr və 1 yanvar tarixlərində əks etdirir. Amma tay ənənəsinə uyğun yeni il apreldə qeyd olunur. Sonqkran – sevgi və ehtiram bayramıdır – bayram səhərini hər kəs ailəsi ilə qarşılamağa can atır: məbədlərə gedərək, kahinlərə hədiyyələr verilir. Daha sonra nəinki məbəddə olan, eləcə də bütün küçələrdəki Budda heykəlinin yuyulmasına başlanılır.

İRAN: 3 GÜN

21—23 mart — Novruz, İranda yeni il

Azərbaycanda fərqli olaraq iranlılar yanvarda yeni il qeyd etmir, amma onlar da bir az dəyişik olsa da, Novruzu yeni il kimi qeyd edirlər. Novruz astroloji və coğrafi baxımdan yeni ilin və yaz fəslinin başlanğıcıdır, bu bayram həm də dünyada Zərdüştlük dininin davamçıları tərəfindən qeyd olunur. 2020-ci ildə yaz gecə-gündüz bərabərliyi Şənbə gününə təsadüf edəcək. Azərbaycanda əsasən bayram axşamı ayın 20-də keçirilir, rəsmi olaraq isə bayram günləri 25-26 mart tarixinə qədər davam edir.

 

İSRAİL: 2 GÜN

Sentyabr və ya oktyabrda  – Roş ha-Şana (Yeni il)2020-ci ilin yanvarında İsraildə bayram qeyd olunmur, 1 yanvar tarixində də hər kəs işləyir. Yəhudilərin yeni ili bu il 19-20 sentyabrda təsadüf edəcək ki, o da həftə sonu ilə üst üstə düşür. Bizdəki kimi əlavə günlərin verilmsəsi praktikası burada yoxdur. Yeni ilin başlanması Qəməri təqvimlə hesablanır və payız ayında yeni ay doğumu əsas götürülür.

YAPONİYA: 1 GÜN

1 Yanvar- Yeni il (Fərqli şirkətlər öz əməkdaşlarına daha uzun tətil verə bilər)

Gündoğan ölkənin rəsmi istehsalat təqvimində  Yeni il üçün cəmi bir gün istirahət nəzərdə tutulub. Amma yaponlar bu ərəfədə tətil götürməyi sevir və məzuniyyətə çıxır. Ona görə də, bir çox dövlət və kommersiya müəssisələri yeni ili qeyd edərkən, 30 dekabr -3 yanvar tarixlərini qeyri-iş günü kimi keçirirlər. Həmçinin həftəsonları da bu günlərə əlavə olunur.

Digər ölkələrdə 2020-ci ildə yeni il tətili nə qədər davam edəcək?Ukraynada həm katolik, həm də provaslav Milad bayramı qeyd olunur, 25 dekabr və 1 yanvar tarixlərində. 1 yanvar isə yeni il bayramıdır. Nazirlər kabinetinin qərarı ilə iş günlərinin yerinin dəyişməsi və əhalinin 29 dekabr-1 yanvar tarixində, həmçinin 4-7 yanvar tarixlərində istirahət edə bilməsi gözlənilir.Belorusda – qeyri-iş günləri 25 dekabr, 1-2 yanvar ( 2gün) və 5-7 ( 3 gün) yanvar tarixləri olacaq. Qazaxıstan – 1-4 yanvar (4 gün) və 7 yanvar. Ermənistan – 31 dekabrdan – 7 yanvara qədər, cəmi 7 günGürcüstan 1-2 yanvar və 7 yanvar (cəmi 3 gün)Latviya, Litva və Estoniya – 25-26 dekabr, 1 yanvar, cəmi 3 gün

Image result for christmas in latvia




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir