cins salvar

Düzgün cins necə seçilməlidir? – FOTOLAR

Baxış sayı: 1. 151

Qarderobunda cins parçadan hazırlanan geyimi olmayan qadın çox az tapılar. Hər sezonun və hər ilin əvəzolunmaz geyimi hesab edilən cins parçaları düzgün seçmək o qədər də asan deyil. Lakin mütəxəssislər doğru cins seçməyin bəzi detallarını açıqlayıb.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən həmin detalları təqdim edir:

 

Cins paltar seçərkən ən vacib məqam bədən formanızı düzgün tanımaqdır. Vücud tipinizi bildikdən sonra siluetinizin gözəl görünməsinə imkan yaradan modelləri müəyyənləşdirməyə çalışın.

 

1. Qara rəngli cinslər

Qara cins parça ilə zəriflik əldə edə bilərsiniz. Bu rəng cinsləri həm kombinə etmək daha rahatdır, həm də hər mövsümi istifadə edə biləcəyiniz əsas geyimlərdən biridir.

 

2. Yeni modellərə üstünlük verin

Elə cins geyimlər var ki, bəzi insanlar həmin paltarları özlərinə yaraşdırmır. Lakin unutmayın ki, istədiyiniz geyimi tapmaq üçün mütləq yoxlamaq lazımdır. Sizə uyğun gəlməyəcəyini düşündüyünüz modellərə belə şans verin.

 

3. Uzun belli cins şalvarlar

Uzun belli cins şalvarlar uzun müddət istifadə ediləcək ən asan hissələrdən biridir. Olduqca rahat olan bu cinslər qüsurlarınızı örtəcək və ayağınızı daha uzun göstərəcək.

 

4. Geyimin uzunluğu

Geyiminizi boyunuzun uzunluğuna görə biçdirin. Paltar seçərkən boyunuz nəzərə alınmalıdır. Əgər geyimi topuqlu ayaqqabı ilə geyinəcəksinizsə, o zaman ayaqqabının hündürlüyünə görə seçin. Paltarın uzunluğu mütləq nəzərə alınmalıdır.

 

5. Uyğun parça təyin edin

Özünüzü rahat və şux hiss etmək üçün uyğun parça seçmək olduqca vacibdir.

 

cins 1

cins 6
cins 5
cins 2
cins



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir