Həqiqətdə ulu dədə-babalarımız üçün çoxarvadlılıq norma hesab edilirdi. Arvadların sayı maliyyə durumunu və sosial statusu müəyyən edirdi. Müasir kişilərin kənarda qeyri-rəsmi sevgililərinin olması monoqomiya konsepsiyasının irrasionallığına faktdır. Bu da faktdır ki, qərb cəmiyyətində boşanmalar artmaqda davam edir. ANS bəşəriyyətin 9 ən məşhur çoxarvadlısını təqdim edir:
1. Çar Solomon
Müdrik çar Solomonın hərəmində 700 arvadı və 300 əsir qadından çox idi. Tarixdə onlardan yalnız biri – Naama xatırlanır. Böyük ehtimalla bu xanım çarin vərəsəsi Rovoamanın anasıdır.
2. İkinci Fars kralı – Qacar Şah
O, 37 il şahlıq edib və bu müddət ərzində 158 qadınla evlənib. Qacar Şah 260 uşağın atası və 786 nəvənin babasıdır.
3. Asentus Oqvella Akuku
Bu keniyalının 100-dən çox arvadının olduğunu deyirlər. O, ilk dəfə 1939-cu ildə evlənib. Sonuncu nikahını isə 2002-ci ildə bağlayıb. Asentus Oqvella Akuku 85 dəfə boşanıb. Onun 160 uşağı var. 2010-cu ildə 94 yaşında vəfat edib.
4. Məhəmməd Bello Abubakar
Nigeriyada yaşayan müsəlman din xadiminin 86 arvadı və 170 uşağı olub. Onun arvadlarından bir neçəsi hətta bəzi uşaqlarından kiçik olub. İslam dini bir kişiyə 4 arvad almağa icazə verir, lakin Məhəmməd iddia edir ki, Quranda bu sayı keçənlər üçün cəza göstərilməyib. Bununla belə, o 2008-ci ildə məhz İslam hakimiyyəti tərəfindən həbs edilərək, arvadlarını buraxmağa məcbur edilmişdi.
5. Uorren Stid Ceffs
Müqəddəs İsus Xristosun Son Günləri Kilsənin prezidenti olmuş bu şəxsin 80 arvadı və 250 uşağı olub. Ceffs beynəlxalq məşhurluğunu 2006-cı ildə qazanıb. Amerika FTB-nun axtarışa verdiyi ən çox axtarılan 10 cinayətkarın siyahısında yer alan bu şəxs, zorlamada və yetkinlik yaşına çatmayanlarla nikaha girməkdə günahlandırılırdı. O, həmçinin qanundan yayınmaqla cəzasını daha da ağırlaşdırır və ömürlük həbs cəzası alır.
6. Uorrenin atası Ralon Ceffs
Ata Ceffs arvadlarının sayına görə oğlundan geri qalır. Müqəddəs İsus Xristosun Son Günləri Kilsəsinin rəhbəri olmuş bu din xadimi 75 dəfə evlənib. Bu nikahlardan onun 65 uşağı, eləcə də Uorren Stid dünyaya gəlib.
7. Saleh Al Sairi
Səudiyyə Ərəbistandan olan bu biznesmen 58 dəfə nikaha girib. Onun ilk evliliyi 14 yaşına təsadüf edir.
8. Briqan Yanq
O 1847 – 1877-ci illərdə Müqəddəs İusis Xristosun Son Günləri Kilsəsinin prezidenti olub. Deyilənlərə görə, bu din xadiminin 55 arvadı olub. Bunlardan 21-i ona qədər nikahda olmayıblar, 16-sı isə dul olub. Arvadları ona 56 uşaq bəxş ediblər.
9. Cozef Smit
Müqəddəs İsus Xristosun Son Günləri Kilsəsinin yaradıcısı olmuş bu şəxs 34 dəfə evlənib. Onun arvadlarının sayı 14-60 yaş arasında olub.