Bildiyiniz kimi evdəki mebellərə insanların əksəriyyəti böyük büdcə ayırır. Bunun görə də mebellərinizə uzun illər təzə qalması üçün düzgün qulluq etməlisiniz. Mütəxəssislərin dediklərinə görə, mebelləri təmizləyərkən doğru bildiyiniz bəzi şeylər əslində yanlışdır.
“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən həmin yanlışları təqdim edir:
Mebeli tez-tez təmizləmək onların korlanmasına gətirib çıxarır
Əslində hər kəs mebeli tez-tez təmizləməyi düzgün hesab edir. Əslində isə peşəkarlar bunun doğru olmadığını bildirirlər. Həddindən artıq silmək yerinə daha peşəkar təmizliyə üstünlük vermək vacibdir. Məsələn, yumşaq bir parçanın üzərinə qab şampunu tökərək təmizləməniz tövsiyə edilir.
Künc divan dəstində həmişə ləkə qoruyucu istifadə edin
Künc divan dəsti digərlərinə nisbətən daha baha olur, Bu cür mebelin uzun ömürlü olmasını və verdiyiniz pula dəyməsini istəyirsinizsə, mütləq xüsusi ləkə qoruyucularından istifadə etməlisiniz.
Açıq havada qoyulan mebellər
Açıq havada yerləşdirdiyiniz mebelləri yağışlı və soyuq günlərdə mütləq ya üzərini bağlayın, ya da bağlı bir yerə keçirdin. Bunu etməsəniz, mebel nəm çəkərək ləkələnə bilər.
Bitkiləri mebellərdən uzaq saxlayın
Evinizdə təbii bitki yetişdirirsinizsə, onları mebel və ya stulların yanında saxlamaq əlverişsiz ola bilər. Bitkilər mebellərin yanın da xoşa gələn dizayn kimi görünsə də, əşyalarınızı ciddi məhv edə bilər. Bu zərərin qarşısını almaq üçün bitkilərinizi mebeldən uzaq yerlərdə istifadə etməyiniz tövsiyə olunur. Bundan başqa, bitkilərin mebel və ya döşəmələrinizə zərər verməməsi üçün bitkilərin altına yumşaq suya davamlı əşya qoymaq tövsiyə olunur.
Mebelinizi mütəmadi olaraq yoxlayın
Mebelinizin hər bucağını mütəmadi yoxlamaq gələcəkdə pulunuza qənaət edəcəkdir. Mebeldə yaranan problemi nə qədər tez aşkar etsəniz, onu həll etmək şansınız bir o qədər yüksək olacaq.
Mebelinizdə təmizləyici sprey istifadə etməyin
Mebeliniz tozlandıqda kimyəvi tərkibli məhsullardan istifadə etməməlisiniz. İstifadə etdiyiniz bu cür təmizləyici məhsullar, daha da çox toz cəlb edəcəkdir.
Mebelinizi zirzəmidə saxlamayın
Zirzəmilər, çardaqlar və qarajlar mebel üçün uyğun yer deyil. Bu yerlər çox vaxt rütubətli, quru, isti və ya soyuq olduğu üçün mebelinizə zərər verə bilər. Mebelinizi hava keçən yerdə saxlamaq daha yaxşıdır.