mobil

Daha məhsuldar və planlı olmağınıza kömək edəcək 7 mobil tətbiq!

Baxış sayı: 965

Həyatlarımız gün keçdikcə daha digital hala gəlməyə başlayır. Hər gün daha da praktikləşirik. Çalışmaq, planlamaq və məhsuldarlığı artırmaq üçün də mobil tətbiqlər yaradılır. Bu yazıda oxucularımıza bu mobil tətbiqlərdən bəzilərini təqdim edəcəyik.

 

1. Google Keep

google keep
Hər zaman qeydlər aparmağı sevən insanların istifadə etdiyi bir tətbiqdir. İstifadəsi çox rahatdır və sadəcə qeydlər aparmaqla qalmır. Proqramda həmçinin şəkil, səs qeydi və cızma-qara da qeyd etmək mümkün olur. Eyni zamanda telefonunuzda qeyd etdiyiniz notlarınızı hesabınıza daxil olaraq istənilən cihazdan baxa bilərsiniz.

2. Forest


Siz də diqqəti tez-tez dağılan insanlardansınızsa, bu tətbiq tam sizə görədir! Telefonunuzu heç cür əlinizdən yerə buraxıb işinizə fokuslana bilmirsinizsə, bu tətbiq sizə kömək olacaq. Deməli, tətbiqdə bir ədəd fidan əkirsiniz və 30 dəqiqə müddətində tətbiqdən çıxmasanız, əkdiyiniz fidanlar ağaca çevriləcək. Hər dəfə belə etdiyiniz zaman bu ağaclar meşəyə çevrilmiş olacaq və siz də nə qədər müddət fokuslandığınızı görə biləcəksiniz.

3. Money Manager

money manager
Əgər siz də mənim kimi bədxərc birisinizsə, o zaman bu tətbiq tam sizə görədir. Sizə gələn pulu və xərclərinizi bura qeyd edərək nəzarətdə saxlaya bilərsiniz. Tətbiqin bir çox fərqli funksiyası da mövcuddur.

4. Google Photos

google photos
Telefonunuz qalareyanızda yığılıb qalmış şəkiil və videolardan dolub daşırsa, Google Photos onları depolamaq üçün ən ideal tətbiqdir. Hansı şəkil fayllarını istəyirsinizsə, depolaya bilir və sadəcə depolanan şəkilləri bir düymə ilə telefonun yaddaşından təmizləyə bilirsiniz. Sonra istədiyiniz zaman tətbiqdən fotoları geri yükləmək olur.

5. Hootsuite


Sosial media hesablarını daha planlı şəkildə istifadə etməyinizə kömək edən ən ideal tətbiqlərdən biridir. Hazırladığınız postları istədiyiniz vaxta planlayıb avtomatik paylaşa bilməyinizə imkan yaradır bu tətbiq.

6. WPS Office

wps office
İstənilən Microsoft Office programlarını açmağa kömək edən bu mobil tətbiqdə, onları redaktə etmək və yenidən hazırlamaq imkanı da var.

7. Fabulous
Fabulous app
Əgər ingilis dilində bilirsiniz və psixoloji dəstəyə ehtiyacınız varsa, bu tətbiq ən yaxşısıdır! Demək olar ki, ehtiyacınız olan hər şey bu tətbiqin içində var. Yükləyib sınamağa dəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir