komputer

Bu kişiləri CİDDİ TƏHLÜKƏ gözləyir – ARAŞDIRMA

Baxış sayı: 861

Mütəmadi məşq edən kişilərin sperma keyfiyyəti oturaq həyat tərzi sürən həmcinslərindən daha yaxşıdır. “Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, Çinin Huazonq Elm və Texnologiya Universiteti, eləcə də Tonqci tibb məktəbində aparılan araşdırmalar kök və az hərəkət edən kişilərdə cinsi istəyin azaldığını göstərib.

Çində həyata keçirilən tədqiqatda sperma bankına sperma verən, orta yaşı 28, ideal çəkisi olan, cinsi yolla keçən xəstəliklərə və radiasiyaya məruz qalmayan 746 kişi iştirak edib. İştirakçılardan nə qədər məşq etdikləri və digər fəaliyyətlərinin olub-olmaması öyrənilib. Sonra məşq səviyyələrinə və intensivliyə əsasən cədvəl tərtib olunub.

Gəzinti və ev işləri kimi həftəlik MET dəqiqəsi (“MET = vəzifənin metabolik ekvivalenti”) qaçış və velosiped kimi gərgin fəaliyyətlərdən daha aşağı olub. Ümumilikdə, araşdırmada olan kişilərin yarısı ən azı 2 225 MET dəqiqə/həftə, daha az aktiv olanlar 526 MET dəqiqə, ən fəal olanlar isə 7,082 MET dəqiqəlik göstəricilərə sahib olub.

Kompüterlə işləyən və həddən artıq televizora baxan kişilərin sperma parametrlərində dəyişiklik nəzərə çarpmayıb.

Həddindən artıq məşqlərin sonsuzluqla əlaqəli olduğuna dair məlumatlar da var. Odur ki, məşqlər orta səviyyədə olmalıdır. Həddindən artıq sakit həyat diabet, piylənmə və ürək xəstəlikləri, həmçinin sperma keyfiyyətinin aşağı düşməsi kimi problemlərə gətirib çıxarır. Dolayısı ilə uşaq sahibi olmağı çətinləşdirir.

Odur ki, oturaq həyatı olan kişilərə çoxlu hərəkət etmək, pilləkənlərə qalxmaq və yürüşə çıxmaq tövsiyə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir