Üç yaşına qədəm qoyan bir uşaq ilk dəfə özünü bir fərd kimi hiss etməyə başlayır. Beləliklə, onda “mən” hissi formalaşır. “Mən”lə başlayan cümlələr qurur. Məsələn, “Mənim evim”, “Mənim şokoladım”, “Mənim oyuncağım” kimi… Bu dövrdə uşaq konkret düşündüyü üçün bir şeyin eyni zamanda iki və ya daha çox adama aid olmasını dərk edə bilmir.
Məsələn, uşaq belə fikirləşir: “Bu şokolad mənimdirsə, niyə həm də qardaşımın olsun?” Bu dövrdə uşaqları bir şeyi başqası ilə bölüşməyə məcbur etmək onun psixi inkişafına ciddi zərbə vura bilər. Bu isə gələcəkdə uşaqda özünəinam hissinin itməsinə gətirib çıxara bilər.
Ona görə də, 3-5 yaşlı uşaqlar bir şeyi bölüşmək istəmirlərsə, onları məcbur etməyin. Ya da uşağınızı eqozimdə ittiham etməyə tələsməyin. Sadəcə olaraq, ona bu vərdişi qazandırmaq üçün səbirlə hərəkət etməyə çalışın.
Məsudə Sultan