is

Tələbəlik dövründə karyeraya qurmağa başlamaq niyə vacibdir?

Baxış sayı: 1. 143

Tələbəlik həyatın ən maraqlı dövrüdür. Görüşlər, ünsiyyət, yeni dostlar, ilk eşq… Bütün bu xoş məqamlar əsas şeyi unutdurur. Nədir o?

Gənclik gözəldir, lakin unutmaq olmaz ki, bir neçə il sonra keçmiş tələbələr yetkin fərd olacaqlar. Öz talelərinə görə məsuliyyəti də özləri daşıyacaqlar. Gələcək karyera üçün münbit zəmini əvvəlcədən hazırlamaq lazımdır. Odur ki, “Work.ua”nın insanların təhsil aldığı dövrdə işləməyinin üstünlüklərini bildirdiyi 3 məntiqli arqumenti təqdim edirik:

 

1. Maliyyə müstəqilliyi və status

Pul qazanma qabiliyyəti həmyaşıdlarınızla müqayisədə öz dəyərinizi və müstəqilliyinizi hiss etməyə daha tez imkan verəcək. Həmçinin büdcəni düzgün idarə etməyi, qənaət etməyi və xərcləməyi öyrənəcəksiniz. Tələbəlik dövründə işləməyə başlayan şəxs 25 yaşınadək artıq təcrübəli və ixtisaslı bir mütəxəssisə çevrilir. Tələbə vaxtı karyeraya başlamaq təcrübə, faydalı əlaqələr, gəlir, həyatda yeni maraqlar və hədəflər cəhətdən də məqsədəuyğundur.

Sırf nəzəri biliklərlə çox uzağa getmək mümkün deyil. Təhsil aldığınız dövrdə çalışmaq isə eyni zamanda praktik bilik və bacarıqlar qazandırır.

Maliyyə müstəqilliyi tələbəlik yaşına çatmış və valideynlərindən pul almağa utanan gənclər üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, karyeraya belə erkən start vermək zamanı planlaşdırmağı və ondan daha effektiv istifadə etməyi də öyrədir. Habelə dostlar və qrup yoldaşları arasında uğurlu, müstəqil, özünü maddi cəhətdən təmin edə bilən biri kimi nüfuzu da artırır.

 

2. Təcrübə

Bütün ciddi şirkətlər işə götürərkən təcrübə tələb edir. Bəs yenicə məzun olmuş tələbənin necə stajı ola bilər? İndi isə düşünün: Tələbə ikən çalışmağa başlamısınız və öz iş təcrübənizlə universiteti təzəcə bitirmiş, təcrübəsiz namizədlərin fonunda parlayırsınız. Bu və ya digər sahədə real praktikanın mövcud olması uğurlu karyeranın qapılarını qarşınızda açacaq.

Axtarışa və nəsə etməyə nə qədər tez başlasanız, hələ öyrənməli və edilməli çox şeyin olduğunu bir o qədər tez dərk edəcəksiniz.

 

3. Yeni tanışlıqlar və imkanlar

Sosial əlaqələr uğura gedən yolda çox vacib amildir. Faydalı əlaqələrinizin çox olmağı yaxşıdır. Buna görə universitetdəki və ya yataqxanadakı dostlarla məhdudlaşmamalısınız. Telefon kitabçanızda və sosial şəbəkələrdə dostlarınız nə qədər çox olsa, bir o qədər yaxşıdır. Heç vaxt kimin köməyinə ehtiyac duyacağınızı bilməzsiniz.

Müvəqqəti olaraq öz ixtisasınıza uyğun olmayan bir peşə seçsəniz, yenə də uğurlu karyera üçün hər cür şansınız var. Tarixdə belə nümunələr çoxdur. Məsələn, bir satıcı özünü inkişaf etdirərək istedadlı menecerə qədər yüksələ bilər.

Həmişə gələcəyi düşünün. Müvəffəqiyyət yalnız özünüzdən asılıdır. İşlərinizi sonraya təxirə salmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir