sevgi

Qızlar evlənməzdən əvvəl kişiyə bu sualları verməlidirlər

Baxış sayı: 3. 260

Təqdim etdiyimiz suallar seçdiyiniz şəxsi daha yaxından tanımağa kömək edə bilər. Bu sualların cavabları sizi qane edirsə, evlilik qərarına razı ola bilərsiniz.

  1. Niyə indi evlənirik? Ailə qurmağa həqiqətən hazırsanmı?
  2. Uşağın olmasını istəyirsən? Əgər istəyirsənsə, nə vaxt və neçə uşaq düşünürsən?
  3. İnanclar və din sənin üçün nə qədər əhəmiyyətlidir? Eyni ev içində müxtəlif dinlərdə və ya məzhəblərdə olmaq, din və inanca fərqli dünyagörüşünə sahib olmaq sənin üçün problemdir?
  4. Ailənlə nə qədər birlikdə yaşayacağıq? Ailələrimizi ayda neçə dəfə ziyarət edəcəyik? Onların işlərimizə qarışmasına nə dərəcədə icazə verəcəyik?
  5. Dostlarını sevirsən? Sənin dostlarınla tez-tez görüşüməyimi məndən də tələb edirsən?
  6. Pulu necə böləcəyik? Büdcəmiz necə olacaq və necə xərcləcəyik?
  7. Ailədə gender bərabərliyi sənin üçün nə dərəcə əhəmiyyətldir?
  8. Ev işlərini necə böləcəyik?
  9. Problem yaşayanda sülhü necə təmin edəcəyik? Çətin vəziyyətdə qalsaq, mənimlə terapiyaya gələrsən?
  10. Karyera sənin üçün nə qədər əhəmiyyətlidir? İş və ailə həyatında tarazlığı necə qoruyacaqsan?
  11. Cinsi ehtiyaclarımızı, üstünlüyümüzü və istəklərimizi açıq danışa bilərikmi?
  12. Tez-tez səyahət edə biləcəyik?
  13. Bayramlarımızı harada keçirəcəyik və buna necə qərar verəcəyik?
  14. Səni nələr hiddətləndirir?
  15. Əsəbiləşəndə səni nələr sakitləşdirir? Qəzəblənəndə yanındakından səninlə necə davranmasını gözləyərsən?
  16. Harada yaşamaq istəyirsən? Qocalğını necə təsəvvür edirsən?
  17. 20, 30 il sonra harada olacağıq? Mənimlə xəyallarını bölüşə bilərsən?
  18. Xüsusi günlərə nə qədər əhəmiyyət verirsən?
  19. Aramızdakı eşq atəşini necə qoruyacağıq? Sən əlaqəmizi qorumaq üçün nələr edəcəksən?

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir