YUXU

Düzgün olmayan yuxu rejimi – SAĞLAMLIĞI POZUR

Baxış sayı: 847

Yuxu zamanı bütün daxili orqanlarımız təmir olunur. Yuxusuzluq ürəyin sağlamlığına pis təsir edir, ürək infarktı riskini 13 faiz artırır.

“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin mütəxəssis-həkimi Kamal Kunovac danışıb.

Yetkin bir insan gündə ən azı 6 saat yatmalıdır, deyən həkim yuxunun beynin kimyəvi toksinlərdən təmizlənmə fürsəti yaratdığını vurğulayıb: “Yuxu insan sağlamlığını qorumaqla yanaşı, həyat keyfiyyətini yüksəldir. Hüceyrələrin yaşlanmasını geciktirən və xərçəng yaranmasından qoruyan melatonin hormonu sadəcə gecələr, tamamilə qaranlıq otaqda yatan zaman ifraz olunur”.

Həkim yuxunu pozan əsas faktorları da açıqlayıb: “Stres, depressiya, növbəli işləmək, gecələr saatlarla kompüter qarşısında geçirmək, kofein istifadəsi, xüsusilə qidalanma tərzi-yuxudan əvvəl çoxlu yemək yuxunu pozan əsas amillərdir.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, böyük insanların təxminən 30 faizi yuxu problemi yaşayır ki, bu hal ürəyə ciddi ziyan vurur, infarkt riskini yüksəldir. Yuxusuzluq iltihabı da artırır. İltihab isə damar sərtliyinin inkişafına səbəb olan ən önəmli səbəblərədn biridir. Böyüklər üçün gün ərzində 6 saat yuxu vacibdirsə, uşaqlar 9-11 saat yatmalıdır. 65 yaşından sonra yuxu ehtiyacı gedərək azalır ki, bu təbii prosesdir. Hər gün eyni saatda yatın. Yuxudan ən azı 3-4 saat əvəl qidalanmanı kəsin. Gecə gec saatlarda çay, qəhvə içməyin. Yataq otağını havalandırın. Yatmazdan əvvəl çobanyastığı və ya nanə kimi rahatlıq gətirən çaylardan az miqdarda içmək olar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir