qida

5 dəqiqəyə hazırlayıb yeyə biləcəyiniz enerji deposu 4 resept

Baxış sayı: 1. 326

Səhər yuxudan oyanarkən özünüzü enerjisiz və yorğun hiss edirsinizsə, orqanizminizə güc bəxş edəcək qidalara ehtiyacınız var deməkdir. Xüsusilə, qış aylarında gücsüzlük, yorğunluq, yuxusuzluq hissi sizi daha çox əldən sala bilər. Məhz bu nöqtədə günə enerjili başlamanızı və gün boyu pozitivliyinizi qorumağınızı təmin edəcək səhər yeməyi yada düşür.

Beləliklə, qısa zamanda hazırlaya biləcəyiniz enerjili 4 təbii səhər yeməyi menyusunu təqdim edirik.

 

Smuti kasası

Məhsullar:

– 5 xörək qaşığı süzmə qatıq

– 10-12 ədəd qarağat

– 6 ədəd çiyələk

– 1 çay qaşığı bal

– 1 xörək qaşığı çia toxumu

Üzərinə:

– 15 ədəd moruq

– 1 ədəd kiçik banan

-1 çay qaşığı çia toxumu

– 5-6 ədəd çiy badam

Hazırlanması:

– Süzmə qatığı blenderdən keçirin. Çiyələyi üzərinə əlavə edin. Daha sonra qarağat, bal və çia toxumunu qarışdırın. Qarışığı bir kasaya tökün. Bananı dilimləyin və kasanın üzərini digər məhsullarla bəzəyin.

Taxılsız maffin

Məhsullar:

– 4 ədəd yumurta

– 1/4 stəkan kokos yağı (soyuq sıxma)

– 1/4 stəkan bal

– 1/4 stəkan tam yağlı süd

– 1/2 stəkan kokos unu (arzuya görə, badam unu da olar)

– 1/2 su stəkanı çiy fındıq

– 1 ədəd banan

– 1 çay qaşığı vanil

– 1/4 çay qaşığı darçın

Hazırlanması:

– Sobanı 180 dərəcədə isidin.

– Bal və kokos yağını qazda əridin. Soyumağa qoyun.

– Yumurtaları hazırlanma qabına qırın. Çəngəllə əzdiyiniz bananı üzərinə əlavə edin. Ballı yağ qarışı, süd və vanili qarışdırın.

– Kokos ununu töküb yaxşıca qarışdırın. Fındıqları xırdalayıb içərisinə əlavə edin. Əldə etdiyiniz xəmiri yağlı kağız yerləşdirdiyiniz maffin qablarına bölün.

– 20-25 dəqiqə bişirin. İlıq şəkildə servis edin.

Yumurtasız avokado tost

Məhsullar:

– 2 dilim tam buğdalı tost çörəyi

– 1 ədəd avokado

– Qoz

– Darçın

– Bal

– Pendir

Hazırlanması:

– Çörəkləri qızardın. Avokadonu soyun və püre şəklinə gələnə qədər əzin.

– Ayrı bir qabda qoz, darçın, bal və pendiri qarışdırın.

– Püre halındakı avokadonu bu qarışımın üzərinə əlavə edin.

– Qızaran çörəklərin üzərinə çəkin.

İspanaqlı pankek

Məhsullar:

– 2 ədəd yumurta

– 2 stəkan qatıq

– 200 qram ispanaq

– 1/2 çay qaşığı duz

– 2 stəkan un

– 1 çay qaşığı qabartma tozu

– 1/2 çay qaşığı soda

– 2 damla limon suyu

– 4 xörək qaşığı lor pendiri

Hazırlanması:

– Bol suda yuyub qurutduqdan sonra ispanaq yarpaqlarını incə doğrayın.

– Yumurtanı qarışdırma qabına çırpın. Xəmirin qabarmaması üçün xəfif sulu olarkən qatıq və duzu yumurtanın üzərinə əlavə edin.

– Ələnmiş un, qabartma tozu, limon suyuyla köpdürülmüş sodanı qarışdırıb keks qarışığı əldə edənə qədər qarışdırın. Doğranmış ispanaqları əlavə edin. Xəmiri bir az gözlədin.

– Kənarları hündür olmayan tavanı isidib günəbaxan yağı tökün. Yağın artıq qismini salfet ilə götürün. Arada bu cür yağlanma formasını tez-tez təkrar edin ki, pankeklər yanmasın. Qaşıq vasitəsilə xəmirdən götürüb ikitərəfli qızardın. Qızararkən lor pendirini üzərinə əlavə edin.

– Hazırladığınız ispanaqlı pankekləri ilıq formada sevdiklərinizlə paylaşın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir