usaq-yemek

Uşaqların “onu yemirəm, bunu yemirəm” problemi

Baxış sayı: 982

Yemək seçmək istər böyüklər, istərsə də uşaqlar üçün ciddi bir problemdir. Uşaqlarda bu problemin mövcud olmasına səbəb böyüklərdir. Belə ki, uşaqlar bu problemi ilk növbədə böyüklərdə müşahidə edir, sonra da o problemi olduğu kimi mənimsəyirlər. Digər tərəfdən, uşaq bu problemi təkcə evdəkilərdən yox, çöldəkilərdən də mənimsəyə bilər. Təbii ki, eyni şeyi bütün uşaqlara aid etmək olmaz. Məsələn, hər hansı bir yeməklə bağlı “acı bir təcrübə” də uşağı yemək seçməyə sövq edə bilər. Səbəb nə olursa olsun, məsələni uşağı yeməyə məcbur etməklə həll etmək olmaz.

Valideynlər tərəfindən yol verilən ən böyük səhvlərdən biri də sevmədiyi yeməyi uşağa hədə-qorxu gələrək (məsələn, “Yeməyini yeməsən, yatmağa gedəcəksən” və ya “Yeməyini yeməsən, küçəyə çıxmayacaqsan” kimi) yedirməyə çalışmaqdır. Halbuki, uşaq onsuz da o yeməyə qarşı mənfi hisslər bəsləyir. Hədə-qorxu isə əksinə uşaqdakı bu mənfi hissləri daha da artırır.

Usaq-yemek

Digər tərəfdən, siz istəsəniz də, uşaq sevmədiyi yeməyi çox yeyə bilməz. Buna görə də uşağa alternativlər təqdim etməlisiniz. Məsələn, əgər siz hər hansı bir yeməyi yeməlisən deyirsinizsə, nə qədər və necə yemək barədə də uşaq özü qərar qəbul etməlidir.

Tutaq ki, uşağınızın düyü yeməsini istəyirsiniz. Bunun üçün uşağınızın qarşısına müxtəlif ölçülərdə qaşıqlar qoyun (çay qaşığından xörək qaşığına qədər). Uşaq istəsə, o yeməkdən bir xörək qaşığı, istəsə, yarım çay qaşığı yeyər. Unutmayın ki, ilk mərhələdə məqsədiniz uşağınızın o yeməkdən istifadə etməsi yox, o yeməyə qarşı yemək vərdişi qazanması olmalıdır. Ona görə də ən kiçik bir təşəbbüs belə mükafatlandırılmalıdır.

Ailem jurnali adlı şəxsin şəkli.

 

Digər tərəfdən, sevmədiyi yeməyin dadına baxdıqdan sonra onu sevdiyi yeməklə mükafatlandıra bilərsiniz. Bundan başqa, uşağınızla alış-verişə çıxaraq şəkilli boşqablar ala və sevmədiyi yeməkləri bu boşqablarda verə bilərsiniz. Digər tərəfdən, sevmədiyi yeməkləri uşaqlara müxtəlif oyunlarla da sevdirə bilərsiniz.

 

 

Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir