MASIN

Ultravarlılar və onların avtomobilləri: “Rolls-Royce” , “Lamborghini” və digərləri…

Baxış sayı: 1. 080

Rusiya milyarderlərin sayına görə dünya reytinqinin ilk beşliyinə daxil olub. “Knight Frank”ın məlumatına görə, bu ölkədə il ərzində milyarderlərin sayı üç nəfər artaraq 103-ə çatıb. Rusiyada həmçinin daşınmaz əmlak da daxil olmaqla təmiz kapitalı 30 milyon dolları aşanvarlıların (ultrahayterlər) sayı da artıb.

Hazırda ölkədə demək olar ki, 9 min belə insan var. Ekspertlərin proqnozlarına görə, belə şəxslərin sayı getdikcə daha çox olacaq, çünki, bir çox Avropa ölkələrindən fərqli olaraq, Rusiyada sərvətlərin yenidən bölüşdürülməsi və bərabərsizliyin azaldılması üçün mexanizmlər zəifdir.

Tez-tez dövlət məmurlarının və iş adamlarının əmlakları haqqında yazan “Sobesednik” nəşri bu dəfə ultra bahalı nəqliyyat vasitələrinin sahibilərinin kimliyini araşdırıb.

 

“Rolls-Royce”

“Rolls-Royce” dünyanın lüks avtomobillərindən hesab olunur. Bu yaxınlarda həmin avtomobilin “Phantom” modelinin (2019) şanslı sahibi “Transmaşholdinq” və Ural Dağ-Metallurgiya Şirkətinin həmsahibi, həm də Rusiya Dəmir Yolları və “Rosneft”in əsas podratçısı olan Andrey Bokarev olub. O, bu avtomobilə 34 milyon rubl xərcləyib. Oliqarxa məxsus qarajda “Rolls-Royce” avtomobilindən başqa “Chevrolet Corvette Z06” (9 milyon rubl), “Cadillac Escalade” (7 milyon rubl) və digər avtomobillər də var.

Moskva ətrafında bu avtomobili idarə edənlər arasında balerina Yekaterina Şipulina və “Rosneft” in sabiq prezidenti Eduard Xudaynatov da var.

 

“Lamborghini”

“Crocus Group”un sahibi, milyarder Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov İtaliya istehsalı olan bu bahalı idman avtomobilini idarə edir. Nəşr yazır ki, bir neçə ay əvvəl ata Ağalarov “Crocus Group”da çalışan işçilərinə Moskvada orta əmək haqqından aşağı maaş verməsilə gündəmə gəlmişdi. Belə ki, oliqarxa məxsus şirkətdə çalışan çilingər-santexnik ayda cəmi 40 min rubl əmək haqqı alır.

Ötən ilin may ayında, “Lamborghini” avtomobilinin “Urus” modelini Federal Təhlükəsizlik Xidmətinin çox nüfuzlu eks-zabiti Eduard Banderskinin qızı Alena Benderskaya 20.3 milyon rubla alıb. Yeri gəlmişkən, onun bu modeldən olan daha bir avtomobili var.

Benderskaya ABŞ hökumətinin Rusiya xüsusi xidmət orqanlarının və göstərişi ilə Qərb şirkətlərinə haker hücumlarında ittiham etdiyi “Evil Corp”un rəhbəri Maksim Yakubtsin həyat yoldaşıdır.

 

“Bentley”

Britaniya istehsalı olan bu lüks avtomobildən birini bu yaxınlarda Rusiya Federal Təhlükəsizlik Xidmətinin daha bir keçmiş zabitinin qızı Anastasiya Zadorina alıb. General polkovnik olan atası Mixail Şekin həmdə “Dinamo” Voleybol Klubunun prezidentidir. Anastasiya özü “Zasport” markası altında geyim istehsal edir. Ona məxsus “Zasport” MMC eyni zamanda Moskva metrosunun təchizatçısıdır və dövlət sifarişlərindən təxminən yarım milyard rubl qazanc əldə edib.

Mənbə yazır ki, bu avtomobilin başqa bir modelini isə ötən ilin yazında Viktoriya Manasir adlı bir xanım alıb. 16 milyon rubla başa gələn bu “Bentley Continental GT”nin sahibi  “Stroyqazkonsaltinq”in rəhbəri Ziyad Manasir ilə evlidir. Şirkət “Qazprom” un əsas podratçısı olub.

“Dom-2” televiziya layihəsinin keçmiş iştirakçısı İnessa Şevçuk da bu məbləğdən 3 milyon baha “Bentley” avtomobili alıb. O, hazırda model kimi çalışır.

Rusiyada “AAA” seriyalı “Bentley” avtomobilini “Rostex” Dövlət Korporasiyasının sədr müavini  Vladimir Artyakovun oğlu Dmitri Artyakov idarə edir. Onun avtomobili 18 milyon rubla başa gəlib.

 

“Porsche”

Bu Alman avtomobilinin pərəstişkarları arasında xeyli sayda futbolçu var. 2019-cu il istehsalı “Panamera GTS”in sahibi (10 milyon rubl) “Moskva Lokomotiv” klubunun yarımmüdafiəçisi Aleksey Mirançukdur. Digər “Porsche 911 GT3” avtomobilini isə eyni klubun kapitanı Vedran Çorluka alıb. “Spartak”ın keçmiş hücumçusu Roman Pavlyuçenko isə “Porsche Cayenne” sürür.

Nəşrin yazdığına görə, “Porsche” sahibləri arasında Rusiyanın “Neftçi” klubunun sahibinin oğlu Aleksey Xudaynatov və “Rostransnadzor” sahibinin oğlu Sergey Basargin də var. Anna Mazaraki də “Porsche” sürənlər arasındadır. O, “Cayenne” avtomobilinə 8 milyon rubl xərcləyib.

 

“Tesla”

Amerika istehsalı olan bu elektromobilin sahibləri arasında gözlənilməz ada rast gəlinir. Bu 82 yaşlı Raisa Butdur. O, ABŞ-da silah alverinə görə həbsxanada yatan Viktor Butun anasıdır.

Keçən il daha bir “Tesla”nı “Transneft” dövlət şirkətinin prezidenti Nikolay Tokarevin kürəkəni Andrey Bolotov alıb. “Rosneft”in vitse-prezidenti Andrey Şişkin də belə bir avtomobili idarə edir.

Elektromobillərin digər tanınmış sahibləri arasında Kremlin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Çoulz, keçmiş Federal Mühafizə Xidmətinin rəhbəri Yevgeni Murov, “Capital Group”un sahibi Pavel Tyo və teleaparıcı Nailə Əsgər-zadə də var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir