Film

Sosial izolyasiya günlərində hansı filmlərə baxaq? – 10 TÖVSİYƏ

Baxış sayı: 1. 019

Topluluqdan uzaq durduğumuz və vaxtımızın bir çoxunu evimizdə keçirdiyimiz bu dönəmlərdə ən çox film izləməyə üstünlük verilir. Buna görə düşündük ki, əhvalınızı yüksək tutacaq filmlərdən ibarət siyahı hazırlayaq.

 

1) Boyhood (2014)

Filmin çəkimləri tam 12 ilə qədər uzanıb. Filmin baş xarakteri Masonun uşaqlığından yetişkinliyə keçid dövrünü hər mənasında izləyirik. Valideynləri boşandıqdan sonra həyata olan baxış bucağını, 12 illik hekayə ilə izləyirik.

boyhood movie ile ilgili görsel sonucu

2) Big Fish (2003)

Mənim də favorit filmlərim arasında olan bu film, həm əhvalınızı yüksəldəcək, həm də içinizi isidəcək tərzdəndir. Filmdəki şirin atmosfer, rəngli görüntülər, dərin duyğular, ailə münasibətləri, eşq, macəra kimi bir çox mövzuları tapa bilərsiniz.

big fish

3) Stranger Than Fiction (2006)

Günün birində həyatınız bir yazarın yazmış olduğu bir hekayəyə çevrilsəydi, sonunu bildiyiniz bu hekayənin necə bir qəhrəmanı olardınız? Komediya ilə xəyal dünyasının qarşılaşdığı bu filmdə, yazar və xarakter arasındakı bağa toxunulur.

film meslehetleri

4) Little Miss Sunshine (2006)

Balaca bir qızın 5 nəfərlik ailəsini gözəllik yarışına qatılma həvəsi ilə çıxdığı yoldan bəhs edir. Rəngli səhnələri ilə şirin bir macəra yaşadan bu film, əsas gözəlliyin nə olduğunu, uşaqlığın məsumluğunu və ailənin qarşılaşdığı çətinlikləri bizə göstərir.

film meslehetleri

5) Green Book (2018)

Bu film 1960-cı illərdə Amerikada keçən maraqlı dostluq hekayəsindən bəhs edir. Gülməli dialoqları və rəngli hekayəsi ilə 2019-cu ilin ən çox danışılan filmləri arasına girmişdi, eyni zamanda isə 3 Oscar-a da layiq görüldü.

green book

6) Erin Brockovich (2000)

Ərindən boşanan, işsiz qalan, həyatına davam edərək uşaqlarına baxmaq məcburiyyətində olan Erin-in güclü hekayəsi çətin anlarda bir çox insana dirənmə, enerji və cəsarət aşılayacaq növdə bir filmdir. 2001-ci ildə ən yaxşı qadın aktyor mükafatına layiq görülən Julia Robert isə baş roldadır.

Image result for erin brockovich film

7) Mamma Mia (2008)

Musiqili romantizm sevənləri komediya ilə birləşdirən bu film, Yunanistan mənzərəli və ABBA musiqiləri ilə içinizi açacaq, enerji dolu bir filmdir. Evlənmək üzrə olan Sofiya, həqiqi atasının kim olduğunu öyrənmək üçün ehtimal daxilindəki 3 insanı kəşf etməyə çalışır və onları toyuna çağırır.

mamma mia

8) Up (2009)

Yəqin ki, bu animasiyanı bilməyən yoxdur, amma hələ də izləməmisinizsə, mütləq izləyin deyirik. Çox zərif bir eşq hekayəsinə sahib olan və duyğularınızı canlandıracaq film, 2 Oscara layiq görülmüşdür.

up yukari bak

9) Man on the Moon (1999)

Jim Carry və Andy Kaufman-nın iştirak etdiyi bu film, sizi əyləncəli bir sənədli film tərzində macəraya aparacaq.

man on the moon

10) Patch Adams (1998)                              

Həqiqi bir hekayədən götürülərək çəkilmiş olan bu film, çox əyləncəli bir həkimin hekayəsindən bəhs edir. İnsanlara yardım etmək üçün həkim Adams, özünə xas olan metodları və əyləncəli davranışları ilə xəstələrinə gülməyin və xoşbəxt olmağın önəmini göstərir. Həm duyğulanacağınız, həm də güləcəyiniz bu film, karantina günlərinizdə tam olaraq axtardığınız növdəndir.

patch adams




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir