aile

Uşağa uşaqlığı haqda danışmağın üstünlükləri

Baxış sayı: 1. 260

Uşağa uşaqlığından danışmaq valideyn və uşaq arasındakı ünsiyyəti artıran ən mühüm amillərdən biridir. Çünki uşaqlar daha çox yaşadıqları zaman intervalını xatırlayırlar. Ona görə də istər uzaq, istərsə də yaxın keçmişi xatırlamaqda çətinlik çəkirlər. Ananın və ya atanın onlara keçmişləri ilə bağlı bəzi xatirələrini danışması uşağın ailəsi haqqında daha müsbət düşünməsinə səbəb olur. Bu, eyni zamanda uşağın gələcək inkişafına da müsbət təsir göstərir.

Uşağa uşaqlığı haqqında danışmağın bir müsbət cəhəti də ailədə uşaqlar arasındakı qısqanclığı azaltmasıdır. Uşağa nə qədər ondan kiçiklərin daha çox qayğıya ehtiyacı olduğunu desəniz də, bu məlumat onun üçün kifayət etməyə bilər. Bu baxımdan uşaqların eyni fədakarlığa (uşağı yedizdirmək, geyindirmək və s. kimi) onların da layiq olduqlarını düşünməsi təbiidir. Ancaq uşağınıza uşaqlıq xatirələrini danışsanız, onun da qardaşının yaşadıqlarını yaşadığını öyrənər və bu da onun qardaşına qarşı münasibətinin dəyişməsinə kömək edər. Ancaq bütün bunlar uşağı ələ almaq məqsədi ilə olmamalı, mümkün qədər daha səmimi bir şəkildə ifadə edilməlidir.

Image result for Uşağa uşaqlığı haqda danışmaq

Digər tərəfdən, uşaqların təxəyyülləri çox geniş olur və onlara deyilənləri xəyallarında canlandırmağa çalışırlar. Buna görə də uşaqlara uşaqlıqlarından danışarkən bütün təfərrüatlarına qədər danışmağa çalışın. Məsələn, “Sənə yemək yedirirdim, əynində təzə paltarın var idi, stolun üstündəki yeməyi dağıtdın, ikimizin də üstü bulaşdı, ikimiz də o ki var güldük”… Bundan başqa, uşağınıza necə yeməyindən, necə yatmağından, necə iməkləməyindən, necə dil açmağından və s. də danışa bilərsiniz. Burada diqqət yetirəcəyiniz əsas məsələ bu cür ünsiyyətlərdə səs tonunuzdan, mimikalarınızdan və hisslərinizdən maksimum istifadə etməkdir.

 

Məsudə Sultan

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir