IS

Evdə karantində olanlara MƏSLƏHƏTLƏR – ÜST

Baxış sayı: 1. 241

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasına görə evdə qalan insanlar üçün tövsiyələr yayıb.

Mütəxəssislər bir yerdə yarım saatdan çox oturmamağa və daha çox hərəkətdə olmağa çağırırlar. Bunun üçün otaq boyunca yerimək, yaxud yerinizdə yürüş – məsələn, telefon danışığı zamanı edə bilərsiniz.

Küçədə isə insanlardan ən azı 1 metr məsafə saxlamağınız məsləhət görülür. Eyni zamanda, gün ərzində kiçik məşqlər etmək, uşaqlarla rəqs etmək və təmizliklə məşğul olmaq da tövsiyə olunur. Oturaq vəziyyətdə az işləmək üçün yüksək ayaqları və ya digər cihazları olan bir masa götürün.

Passiv istirahət zamanı zehni fəaliyyətlərə – oxumağa, stolüstü oyunlara və bulmacalara üstünlük verə bilərsiniz.

Stresslə mübarizədə meditasiya, dərin nəfəs alma və nəfəs vermədən də istifadə edilə bilər.

Bundan əlavə, düzgün qidalanmaq və su içmək, spirtli içkilərdən isə ən yaxşısı imtina etməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir