Tahin souslu baliq

Tahin souslu balıq necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 873

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tahin souslu balığın hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər
6 ədəd orta balıq
3.x.q super sun yağı
2 baş soğan
½ st. tahin
¼ st. limon suyu
2 st. su
1 ç.q. duz və istiot

 

Hazırlanma mərhələsi

Baş soğan kiçik kub formasında doğranılır. Super Sun yağı ilə qızılı rəng alana qədər bişirilir.
Soğanları yağda bişirdikdən sona limon suyu, tahin, su əlavə olunur.
Hazırlanan sous orta odda ara-sıra qarışdırılaraq 3-4 dəqiqə qaynadılır.
Balıqlar istiot və bibərlə ovdulqdan sonra istiyə davamlı soba qabına qoyulur.
Hazırlanan sousu balıqların üzərinə sürdükdən sonra əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 40 dəqiqə bişirilir.
Sobadan çıxan balıqlar bütöv olaraq servis boşqabına qoyulur. Servis edilərkən istəyə görə limon dilimləri də boşqaba düzülə bilər.