Koronavirusun səthlərdə qalma müddəti əşyaların növündən asılı olaraq dəyişir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, virus plastik üzərində 5 gün, kağız üzərində 4-5 gün, şüşə üzərində 4 gün, taxta üzərində 4 gün, dəmir üzərində 48 saat, rezin əlcək üzərində 8 saat, aliminium üzərində 2-8 saat ərzində qala bilir.
Agentlik bu səbəbdən evdə toxunulan əşyaların tez-tez təmizlənməsini tövsiyə edir.