usaq

Uşağıın fiziki sağlamlığını bərpa edərkən psixoloji sağlamlığını itirməyin! – VALİDEYNLƏRİN MENYUSNA

Baxış sayı: 1. 070

Uşağınızın bir xəstəliyi var və siz onu xəstəxanaya aparmalısınız. Belə hallarda “Nə olursa-olsun, uşağım tez sağalsın” deyə düşünməyin. Çünki bu cür düşünmək sizin uşağınızın fiziki sağlamlığını birinci, psixoloji sağlamlığını isə ikinci plana atmağınıza səbəb ola bilər.

Başqa sözlə, siz xəstəxanada uşağınızın fiziki sağlamlığını qazandığınız halda, psixoloji sağlamlığını itirə bilərsiniz. Bunun səbəbləri müxtəlifdir. Təbii ki, burada xəstəxanadakı mühitlə yanaşı, həkimin uşağa münasibətini də əsas götürmək olar. Digər tərəfdən, əgər psixoloji sağlamlığın fiziki sağlamlığa birbaşa təsiri olduğunu nəzərə alsaq, yuxarıdakı vəziyyətin nə qədər ciddi olduğunu dərk edə bilərik.

Ailem jurnali adlı şəxsin şəkli.

Bəs xəstəxana və ya həkimlə bağlı psixoloji təsirin uşaqda daha hansı nəticələri ola bilər?

Məsələn, bəzi uşaqlar həkimə qarşı mənfi kökləndikləri üçün gələcək yaşlarında da həkimə getməkdən imtina edə bilərlər. Digər tərəfdən, bu vəziyyət uşaqlarda bəzi psixoloji komplekslərə və fobiyalara da səbəb ola bilər. Buna görə də, istəsəniz də, istəməsəniz də uşağınızın həm fiziki, həm də psixoloji sağlamlığını eyni vaxtda düşünməli və ya uşağınızın fiziki sağlamlığı qədər psixoloji sağlamlığına da diqqət yetirməlisiniz.

 USAQ

Bəs elə isə nə etməli?

İlk növbədə, uşağınızın asan ünsiyyət qura biləcəyi bir həkim seçin. Həmçinin, tətbiq ediləcək tibbi müdaxilələri uşağa onun başa düşəcəyi bir dillə izah edin. Bundan başqa, əgər xəstəxanada yatmaq ehtimalı varsa, otağını uşağınızın zövqünə uyğun hazırlayın. Və nəhayət, uşağınızın həkimə sevdiyi bir adamla getməsinə imkan verin. Bu və digər hallarda uşaq həm xəstəxanaya, həm də həkimə daha asan alışar. Bu isə uşağın sağalmasının sürətlənməsinə səbəb olar.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir