“Mübarizə aparmaq və axtarmaq, tapmaq və təslim olmaq!” – bu ifadə kişilərin devizi olsa da qadınların həyatına, dünyagörünüşünə mənfi təsir edir: Həm həyatda, həm də sevgidə…
Əgər “hədəf” söz-sözbətsiz təslim olursa, onda bu, heç sevgi deyil ki… Olduqca maraqlı şəkildə qalib gəlmək, tovlamaq, sındırmaq və sonra da xeyirxahlığını qoruyub saxlamaq! Məlumdur ki, məcburən mehriban olmaq mümkün deyil. Amma bunu istəmədən etməyə çalışanlar da az deyil.
Sevgi uğrunda mübarizə aparan, onu qorumağa və qaytarmağa cəhd edənlər kifayət qədərdir. Görəsən, hansı şərtlər altında “sevgi uğruna mübarizə aparmağa” dəyər?
Müharibə kimi
Sevgin uğrunda mübarizə aparmaqdan yorulmusan. Siz, demək olar ki, hər gün dalaşırsız, ayrılırsız. O, günlərlə sənə zəng etmir, sənin varlığını belə unudub. Amma sən bununla barışa bilmirsən. Münasibətlərinizin döyüş meydanına çevrilməsinə, müharibədəki kimi yaşamağınıza baxmayaraq, onu qaytarmaq uğrunda mübarizə aparırsan. Nəticəyə baxsan nə üçün dalaşdığınız heç məlum da deyil. Bəlkə o, səndən yorulub? Heç onun bu mübarizəyə layiq olub-olmadığını düşünmüsənmi?
Məsləhət:
Görəsən, “sevgi uğrunda mübarizə aparmaq lazımdır” ifadəsi necə yaranıb? Axı niyə sevgi rahat və sakit, biz tərəfdən heç bir enerji sərf edilmədən keçib gedə bilməz? Şərqdə belə bir deyim var: “İnsan arzuladığını yox, istədiyini cəlb edir”. Yenə: “Onun sənə aid olduğunu sınaqdan keçirtmək istəyirsənsə, – onu azad burax. Sənin olan sənə mütləq qayıdacaq”. Bu, səni heyrətləndirir? Fikirləşirsən: “Mən onun uğrunda illərdir mübarizə aparıram, indi azad buraxım?! Qayıdacaq? Görəsən, necə?!” Realıqda isə maraqlı nəsə təkcə bizim üçün maraqlı qalmır. Ona görə də var olan şəxsi özününküləşdirmək istəyən ağıllı insan bunu bazardan mal alırmış kimi etməyə çalışmasın.
Amma “davaya başlamazdan” əvvəl qəlbindəki sevginin dərəcəsinə nəzər salıb, ona və özünə bax: mübarizə aparmaq münasibətləri gücləndirməkdənsə, tamamilə məhv edə bilər. Buna görə də ilk növbədə münasibətlərdəki istəyi və hissləri araşdırmaq lazımdır. Sevgilinin sənə nə dərəcədə maraqlı olduğunu aydınlaşdır. Özünü az düşün, daha çox münasibətinizi və onu dinlə, analiz et, xatırla, onunla bağlı hər şeyi yadına sal. Hətta ətrafınızda sizə yaxın olan insanları da nəzərdən keçirt: dostları, qohumları, valideynləri də… Amma çalış, sual-cavab etməyəsən, sadəcə, birtərəfli yanaş.
Bütün bunlardan sonra nəticə müsbət çıxarsa, onda işə başla. Əgər sən hələ də onunla birlikdə olmağı və mübarizə aparmağı arzulayırsansa, onda görünüşündə, saç düzümündə dəyişiklik et. Özünü onun xoşuna gələcək və diqqətini çəkəcək formaya sal. Bütün bunlar hər ikinizə müsbət təsir edəcək: sən özündə və onda çatışmayan cəhəti düzəldəcək; o, isə səndə uzun müddətdir axtardığını tapacaq.
Bir problem də var: sən görünüş etibarı ilə onun xoşu gələn formaya düşürsən, amma bu, halın öz ürəyincə deyil. Ola bilsin ki, bundan sonra sənin ona qarşı olan sevgi hisslərin məhv olacaq. Ona görə də dəyişib, onun istədiyi imicə düşməkdənsə, ona sevgini sübut etməyə çalış. Bir şeyi unutma: sən özün onun sevgisinə inanırsanmı? Bax bu, öz hisslərini sübut etmək qədər vacibdir…
Döyüşün reytinqi
Əlbəttə, hər bir hadisə, hər bir münasibət kimi nadirdir. Amma hər bir hərəkət xoşbəxtlik üçün xeyirli yox, təhlükəli ola bilər. Həyat tapşırığı ilə mübarizə aparmaq o qədər də asan deyil. Hər bir hərəkətin öz çarəsi, riski, nəticəsi və sirri var. Sevginizin güclü olmasına baxmayaraq aranızda etibar, inam yoxdur. Bu da onu səndən soyudur. Telefona bir az gec cavab vermək belə onda şübhə yaradır. Etibar qazanmaq üçün mübarizə aparırsan. Artıq özünü mübarizə əsiri kimi hiss edirsən. Amma çətin ki, bu, sənə gözlədiyin əsl xoşbəxtliyi verəcək. Ən yaxşı çıxış yolu, aradakı problemləri sakitcə həll etməkdir.
Necə?
Məsləhət:
Sevgin uğrunda uzun müddətdir mübarizə aparırsan. Amma bir nəticə yoxdur. Çünki harada səhv etdiyini bilmirsən. Aradakı etibarsızlıq durduğu yerdə yaranmır. Sənin hansısa bir hərəkətin onun sənə olan bütün inamını yox edib. Çalış, o səhvi fikirləşib, tapasan. Hansı hərəkətin onu bu həddə çatdırıb? Bunun üç əsas səbəbi var:
1) Saysız-hesabsız həqiqət…
Səhv hərəkətin və sevgidə uğursuz mübarizənin səbəbi odur ki, biz reallıq əvəzinə, illüziyaları sevirik. Sən qaranlıq məsələləri necə aydınlaşdıracağını düşünmək əvəzinə fərziyyələr irəli sürürsən: onun həyatında başqası var, o, başqasını bəyənir… Demək, artıq həyatını özün yox, başqası idarə edir- sənin illüziyaların. Həqiqətsə odur ki, illüziyalarla xoşbəxt həyat qurmaq mümkün deyil. Hərdən “ideal kişi” modeli cizməyə çalışmaqdansa, “ideal münasibət”i necə yaratmağı düşün. Onda görəcəksən ki, ətrafda olduqca çoxlu real həyat var.
2) Qalibiyyət yox, iştirak və ya platonik sevgi
Bir çoxlarımız üçün münasibət uğrunda aparılan mübarizədən çox obyekt, onun diqqəti və sevgisi vacibdir. O, sənin xoşuna gəlir. Onu əldə etmək üçün mübarizə aparırsan. Bütün günü onun olduğu yerlərdən keçir, onu izləyirsən. Sən bütün gücünlə istədiyinə nail olursan, özünü zirvədə hiss edirsən. Sənin üçün vacib olan həqiqi münasibət yox, istədiyini əldə etmədir. Mübarizə sənin üçün əyləncəli oyundur, harada uduzacağın önəmli deyil. Qarşı tərəfin səni seçməsi belə əsas deyil, oyun onsuz da başlayıb. Qəbul et: sən platonik sevgi yaşayırsan. Amma “yağlı tikə” ovcunun içinə düşəndə bütün maraq harasa yox oldu və arxasınca süründüyün xoşbəxtlik uçub getdi.
3) Qənimət ovçusu
Əvvəlki fərziyyələri çıxsaq burada əsas – mükafat qazanmaqdır. Bu, sənin çoşqunluqla mübarizə aparacağın ən xeyirli döyüşdür. Burada sənin arzun onun və ya özünün istəklərinə çatmaq deyil. Əgər bu cür mübarizədə sən qalibsənsə, onda özünü cazibədar, möhtəşəm, gözəl hiss edirsən. Amma əsas odur ki, bu yerdə kişini də nəzərə alasan: bu vəziyyətdə o, özünü xoşbəxt hiss etməyəcək. Yox, əgər bütün bu mübarizələrə rəğmən sən hələ də onu qazana bilmirsənsə, onda özünəqiymət qəfil aşağı düşür. Hətta yeni qurban tapana kimi ətrafa, həyata marağın da qalmır. Demək, sənin mübarizənin heç bir mənası yoxdur. Sən hisslərinin və mübarizənin əsl əsirinə çevrilmisən.
Əgər sevgilinlə münasibətləriniz bir vaxtlar yaxşı olubsa, indi böhran dövrünü yaşayırsızsa, onda bu münasibət uğrunda mübarizə aparmağa dəyər.
Məsləhət:
Əgər münasibətlər səni qane etmirsə və mübarizə aparmaqdan yorulmusansa, özünə sual ver: “Bu insan mənə lazımdırmı?”, “Mən ondan nə istəyirəm?”. Amma çalış, bu suallara səmimi cavab verəsən. O, insanı bütün çatışmazlıqları, xüsusiyyətləri, xoş olan və olmayan xasiyyətləri ilə qəbul edirsən? Və nəyə görə? Ola bilsin ki, sən tək qalmaqdan qorxursan, düşünürsən ki, bundan sonra səni heç kim sevməyəcək, ola bilsin ki, keçmiş sevgilindən intiqam almaq istəyirsən və ya o, sənin ananın çox xoşuna gəlir. Əgər səbəb bunlardırsa, yaxşı olar ki, münasibətlər uğrunda mübarizə aparmağa son qoyasan: oyun oynamaq pis deyil, amma özünə yox… Çünki həyatına uduzacaqsan. Öz hisslərin uğrunda yalnız nə üçün mübarizə apardığına dəqiq əmin olduğun vaxt çalışmalısan”.
Əsl fatalist
Sənin bir devizin var: “Mənim olan heç vaxt məndən getməz”, “Qismət gəlib öz yerini tapacaq?”. Elə düşünürsən ki, sən istəməsən o, heç vaxt münasibətlərə son qoya bilməz. Bəs əgər sən mübariz yox, fatalistsənsə? Onun gec və ya tez səninlə olacağına qəti əminsən? Amma sizin münasibətləriniz günü-gündən soyuyur. Bir şeyi anla: fatalizm sənə sağlam düşünməyə, mübariz olmağa maneçilik törədir. Sən hətta münasibətləriniz uğrunda, onun ürəyincə nəsə etməyi belə düşünmürsən. Əsas onun hər gün səninlə olmasıdır. Bu da aranızda söz-söhbətlər yaradır. Bəlkə sən onun arzuladığı insan deyilsən? Səncə, bu halda münasibət uğrunda mübarizə aparmağa dəyərmi? Əlbəttə ki, yox. Sənə lazım olanı seç…
Böhran və idarəetmə
Siz evlisiz və körpəniz dünyaya gəlib. Münasibətlərdə köklü dəyişikliyin səbəblərindən biri də ailədə uşağın doğulmasıdır. Hər iki yeni vəzifəli valideynlər psixoloji hallarına, vəzifələrini yerinə yetirə bilmədikdə üzülürlər. Artıq o, sənə əvvəlki diqqəti göstərə bilmir. Burada sevgi və ailə uğrunda mübarizə aparmaq ikinci plana keçir. Qadın əsl döyüşçüyə çevrilir.
Məsləhət:
Əvvəlcə çox çətinliklə cütlük olursunuz, sonra münasibətlər daha da istiləşir, bir-birinizə bağlanırsız. Amma… Sonra hər şey dəyişir. Münasibətlər soyumağa başlayır. Burada təşəbbüskarın kim olduğu önəmli deyil: sən, yoxsa sevgilin? Hər iki halda sevgini kimin məhv etdiyini müzakirə etməyin yeri yoxdur: əsas odur ki, sevgidəki dəyişikliyin siqnallarına fikir verəsən. Burada əsas sevgini qaytarmaq uğrunda mübarizə aparmaq deyil. Yaxşı olar ki, araşdırmacılıq peşəsini ələ alasan: partnyorunla yenidən tanış olmağa çalış. Çünki tərəflərdən biri dəyişərsə, bu, münasibətlərə mütləq təsir edəcək.
Əbədi mübarizə
Görəsən, sevgi uğrunda mübarizə aparmaqdan çətin nəsə var? Məhv olmuş münasibətdə əsas hisslərdir. Bir vaxtlar çətinliklə əldə etdiyin o sevgi indi sənin əlində deyil. O, artıq açıq-aşkar səni sevmədiyini deyir. Amma sən hələ də “ölmüş” sevgin uğrunda mübarizə aparırsan.
Məsləhət:
Necə olursa-olsun bütün gücünü heç nəyə layiq olmayan bir mübarizəyə sərf etmə – gücünü bir az da yeni sevgiyə saxla. Sən sevgin uğrunda mübarizə aparmağı, yoxsa sakit durub gözləməyi seçirsən? Cavabsız sevgidə mübarizə yalnız uduzmaqla nəticələnir.