ayriliq

Sevgi, yoxsa psixoloji pozğunluq?

Baxış sayı: 996

“Paytaxtda gənc qız sevgilisinə görə intihar etdi”, “Sevdiyi insanla ayrılan xanım özünü asdı” və s. bu kimi xəbərlər ölkə mətbuatında tez-tez qarşımıza çıxır. Təəssüf ki,  həyatdan getmək istəyinin arxasında bəzən cavabsız qalan sevgi hissi durur.

Belə sevgi heç də hər zaman insana xoşbəxtlik nəsib etmir. Ayrılıqla nəticələnən və ya şiddətlə yaşanan duyğular psixoloji problemlərə də gətirib çıxarır. Bu cür problemlərdən biri  “Adel sindromu” adlanır. Psixoloq Nuranə Cəfərova “Adel sindromu”nun mümkün fəsadlarından danışarkən aşağıdakıları dedi: “Adel sindromu” fransız yazıçısı Viktor Hüqonun qızının adı ilə bağlıdır. Bu qız yeniyetmə yaşında bacısının vəfatına görə sarsıntı keçirib. Bundan sonra onda özünə qapılma, insanlardan uzaq durma kimi hallar yaşanıb. Sonra o başqa şəhərə köçür, bir zabitə aşiq olur. Lakin zabit onun şiddətli sevgisindən bezir və başqası ilə ailə qurur. Adel özü baxımlı xanım olub, hətta musiqi ilə maraqlanıb. Yəni bu problemi yaşayan insanların gözəl olmadığını düşünmək də yanlışdır”.

Sevgi yoxsa psixoloji pozğunluq?

Psixoloq qeyd edir ki, bu tip sindromların kökündə mütləq bir depressiya dayanır:

“Adel sindromu” psixologiyada tam təsdiqini tapmayıb. Əsl adı platonik sevgidir. Platonik sevgi insanın özü üçün yaratdığı bir dünyadır. İnsan özünü xəyallarına inandırır, düşüncələrini real qəbul edir və qarşılıqsız sevgi yaşayır. Hara baxsa, sevdiyi şəxsi düşünür. Son dövrlər bu problem gənclərdə, əsasən 18 yaşlı qızlarda yaşanır. Bunun bir səbəbi ailədəki qayğısızlıq, atanın qızına qarşı sərhəd qoyması, sevgisini yetərincə bildirməməsi və ciddi olmasıdır. Digər səbəbi isə xanımlarımızın arzularında olan yox, mental dəyərlərin buyurduğu həyatı yaşamalarıdır. Daxillərindəki qadın başqa olur, ətrafa göstərmək istədikləri başqa. Bu problemdən azad olmaq mümkün olsa da, bəzən insanda ömür boyu davam edir. İnsan özünə başqa məşğuliyyət tapmalıdır ki, o düşüncələrdən xilas olsun. Bunu edə bilməsə, bir psixoloqa müraciət etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir