TEREVEZLI OMLET

Tərəvəzli omleti belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 214

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə tərəvəzli omletin hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

3 ədəd yumurta

1 ədəd orta ölçülü qaynadılmış kartof

2 x.q. süd

1 ədəd pomidor

1 ədəd yaşıl bibər

1 ədəd qırmızı bibər

3 ədəd göbələk

½ ç.q.duz

½ ç.q. istiot

yarım dəstə cəfəri

½ st sürtgəcdən keçirilmiş holland pendiri

 

Hazırlanma mərhələsi

Qabığı soyulmuş pomidorlar iri kub formasında doğranılır. Bibərlər yarıya bölünür, kub formasında doğranılır. Göbələklər nazik-nazik doğranılır. Yağ yumurta tavasında qızdırılır. Doğranmış tərəvəzləri yüksək odda soteləmək lazımdır. Düz bir boşqabda tərəvəz qarışımı qısa müddətdə saxlanılır. Omlet hazırlığı üçün qaynadılmış kartof sürtgəcin iri gözündən keçirilir. Yumurta, süd, duz və istiot, sürtgəcdən keçirilmiş kartof əlavəsilə dərin bir kasada qarışdırılır. Tərəvəzlər sotelənən tavada yenidən ocağa qoyulur. Çırpılmış yumurta qarışımı tavaya tökülür. Az odda bişməyə başlayan omletin orta hissəsinə sotelənmiş tərəvəz qarışımı və sürtgəcdən keçirilmiş pendir səpilir. Xırda-xırda doğranmış cəfəri tökülür. Spatula köməyilə ortadan ikiyə qatlanan tərəvəzli omleti, qısa müddətdə daha az odda bişirməyə davam etmək lazımdır. Servis boşqabına qoyulan omleti qızarmış çörək dilimlərilə servis etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir