Hər sahənin öz xüsusiyyətləri var. Təbii, işə başlamazdan əvvəl onları yaxşıca öyrənmək lazımdır. Əgər sizin seçiminiz geyim mağazasıdırsa, bu yolda sizi nələr gözləyir? Bu yazıda məhz bu haqda danışacağıq.
Gördüyünüz iş ürəyinizə yatmalıdır
Uğurun əsas göstəricilərindən biri də budur. Əgər dəb sizin xoşunuza gəlirsə və bu işi bacarırsınızsa, sizə alıcılarınızın geyim seçimində konkret maraqları məlumdursa, o zaman öz mağazanızı təşkil edin. Belə olan halda siz öz müştərinizin istəyini təxmin edə biləcəksiniz və onu doğru istiqamətə yönləndirərək, alıcının sizdə ona lazım olanı tapmasına imkan yaratmış olacaqsınız. Bu uğurlu biznesin əsasıdır!
Rəsmi qeydiyyat
İstənilən biznes qeydiyyatdan keçirilməlidir. Adətən geyim mağazasının qeydiyyatı üçün fərdi sahibkar olmaq və ya məhdud məsuliyyətli cəmiyyət qurmaq bəs edir. Rəsmən qeydiyyata düşmək üçün sizə sənədlərdən ibarət bir paket hazırlayıb onu vergi orqanına təqdim etməyiniz lazımdır.Əvvəlcə müxtəlif vergi qoyuluşu rejimləri ilə əlaqədar olaraq təcrübəli mühasiblə məsləhətləşin – bu məlumat heç də artıq olmayacaq və sizə daya faydalı olanını seçməkdə yardımçı olacaq.
Bugün vergi sistemində bütün qeydiyyat “bir pəncərə” sisteminə əsaslanır. Yəni qeydiyyata görə ayrı-ayrı yerlərə baş çəkməyə ehtiyac qalmır.
Uğura aparan yol
Gələcək mağazanızın yerini arendaya götürmək üçün razılıq imzalamazdan əvvəl bir çox məsələləri düşünməli və icra etməlisinz.
1) Mağazanın konsepsiyasının hazırlanması. Kimin üçün geyimlər satılacaq? Kişilər, qadınlar yoxsa uşaqlar üçün? Hansı qiymət aralığında fəaliyyət göstərəcəksiniz? Müştəriləriniz kimlər olacaq – müvəffəqiyyətli menecerlər, yeniyetmələr yoxsa orta yaşlı iş qadınları? Mağazanın fərqi və onu bazardakı mövqeyi bundan asılı olacaq. Özünüzü hansı geyimlərin satışında görmək istəyərdiz?
2) Ad seçimi. Mağazanızın interyerinə və nüfuzuna təsir edə biləcək ikinci əsas məsələ onun adlandırılmasıdır. Mağazanın adı sizin potensial alıcılarınızda düzgün fikir formalaşdırmalıdır, daxili interyer isə üstünlükləri ilə onları qarşılmalıdır.
3) Təchizatçı axtarışı. Bunu yeri arendaya götürmə ilə bağlı razılğı imzalamazdan əvvəl etmək daha yaxşıdır, beləcə boş sahəyə görə ödəməli olmayacaqsınız. Axı gələcək iş tərəfdaşı ilə razılıq əldə edilməsi bir dəqiqəlik iş deyil. Razılıqdan iki-üç ay sonra yatırım etmək olar.
4) Məkan axtarışı və hazırlığı. Onu lap əvvəlcədən axtarmaq olar, lakin arendaya razılığı bütün hazırlıqlar tamamlanandan sonra imzalamaq lazımdır. Ticarət mərkəzində bölmə arendaya götürmək əla variantdır.İndi artıq ticarət avadanlıqları almaq və quraşdırmaq olar. Həmçinin satıcı, mühasib tutmaq və açılış gününü təyin etmək olar.
5) Reklam. Təkcə məşhur ticarət mərkəzində yer açmaq kifayət etmir. Sizdən xəbərdar olsunlar deyə, diqqət çəkici asılqanlara, reklam çarxlarına da xərc qoymalısınız.Bu işi reklam agentliklərinə müraciət etməklə peşəkarlara etibar etmək olar.
Lakin ən əsas əldə etdiklərinizlə kifayətlənməyin! İnkişaf edin, satış bazarınızı genişləndirin, yeni təchizatçılar cəlb edin. Və beləcə siz işinizdən stabil gəlir əldə edəcəksiniz.