Koronavirus

İsveçli həkimdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ

Baxış sayı: 1. 160

Koronavirus infeksiyasının yayılması səbəbi ilə İsveçdə yaşlı insanlar arasında ölüm faizinin yüksəlməsi nəticəsində uzunömürlülərin sayı kəskin azalacaq. Bu proqnozu isveç həkim Yngve Qustafson söyləyib.

“Önümüzdəki həftələrdə qorxunc rəqəmlər görəcəyik. İsveçdə qocalar evləri infeksiyalar üçün təhlükəli hal alıb. Stokholmda COVID19-dan ölənlərin demək olar ki, 40% -i belə müəssisələrdə yaşayırdı və yaşları 70 yaşdan yuxarı idi. Eyni zamanda koronavirus qonşu ölkələr, məsələn, Norveçlə müqayisədə İsveçdə daha aktiv şəkildə yayılır” , – deyə həkim açıqlamasında qeyd edib.

Qustafson bunun bir neçə səbəbinin olduğunu düşünür. Norveçdə xəstəxanalar qocalar evlərindən məsuliyyət daşıyır və müalicəvi xidmətlər üstünlük təşkil edir. Amma İsveçdə bu cür müəssisələrdə işləmək üçün xüsusi tibbi bilik tələb olunmur.

“Yaxşı qoruyucu vasitələr olmadığından gigiyenanı təmin etmək çox çətindir və yaşlı insanlar xəstəxanalara göndərilmir” , – deyə həkim əlavə edib.

Onun sözlərinə görə, səhiyyə xidmətinin əməkdaşları insanları səhv “sıralayır”: xəstələri yaşamaq şanslarına görə ayırırlar, odur ki, yaşlı xəstələr xəstəxanaya yerləşdirilmir, evdə və ya qocalar evlərində müalicə olunur.

Qustafson koronavirusa yoluxmuş yaşlı insanların xəstəxanalara aparılacağı təqdirdə çox sayda ölümün qarşısını alına biləcəyini söyləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir