IS

Distant iş fəaliyyətinin effektivliyini necə təmin etmək olar?

Baxış sayı: 1. 030

The Wall Street Journal COVİD-19 virusunun yayılması ilə əlaqədar olaraq distant iş rejimində çalışanlar üçün təlimatlar hazırlayıb:

 

Mən menecerəm. Komanda ilə necə məşğul olmalıyam?

Əməkdaşların lazım olan hər şeylərinin olduğundan əmin olun. Onlara əlavə vaxt verin ki, kompüterləri, parolları, şəbəkənin keyfiyyətini və digər alətləri yoxlasınlar.

Qayda qoyun. Məsələn, əgər istəmirsinizsə ki, korporativ şəbəkəyə ictimai Wi-Fi-dan qoşulsunlar bu barədə qabaqcadan bildirin.

Rabitə quraşdırmasında yazışmalar və videozənglər üçün tətbiq seçin.

 

Mən  əməkdaşam. İşlədiyimi necə bildirməliyəm?

Kolleqalarınızla əlaqə yaradın. Bir çox messencerlərdə statuslar qoymaq mümkündür.

Poçt yazışmalarında anlaşımazlıqlar olduğunu hiss etsəniz həmsöhbətinizə zəng edin və evdə də işə ofisdə olduğunuz kimi ciddi yanaşın. Distant iş rejimi gizlində digər işlərlə məşğul olmaq üçün bir fürsət olmamalıdır.

 

Evdə iş yerini necə təşkil etmək lazımdır?

Heç də hamının ayrıca ofis üçün yeri olmur. Buna görə də  mümkün qədər çox sakit və təcrid olunmuş yer seçin.

Ofisdə olduğu kimi eyni ənənəvi iş cədvəlinə əməl edin. İşinizin özəl həyatınızla qarışıq düşməsinə yol verməyin.

Otaq yoldaşlarınıza işdə olduğunuzu xatırladın. Özünüz  və işiniz üçün ayrıca yer seçin.

Səs-küyü aradan qaldıran qulaqlıqlar alın. Onlar ətrafdakı səslərdən yaxa qurtarmaqda yardımçı olacaq.

Videozənglər zamanı dnışmayanda mikrofonu söndürün – belə olan halda, kənar səslər işçiləri narahat etməyəcək.

 

Distant iş – tənhalıq deməkdir. Bununla necə mübarizə aparmaq lazımdır?

Hərçənd diqqəti yayındıran amilləri azaltmalısınız, tam təklikdən də qaçmaq lazımdır.

İki əsas yol var:  videozənglər edin və fasilə götürüb fiziki işlərlə də məşğul olun. Bəzi işəgötürənlər əsas problemlərin aradan qalxmasına kömək edən kurslara pul xərcləyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir