NAZXANIM QASIMOVA

Koronavirusla bağlı maska dilemması…

Baxış sayı: 826

Bugünlərdə qatıldığım Avropa İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyətinin (ESCMİD) “COVİD-19 pandemiyası“ ilə bağlı təşkil etdiyi vebinarda maska, əlcək və qoruyucu vasitələrin istifadəsi haqda geniş məlumat verildi.

Həm bu vebinar, həm Dünya Səhiyyə Təşkilatının və Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) bununla bağlı təlimatlarını sizlərlə bölüşürəm.

Dünya Səhiyyə Təşkilatının verdiyi təlimata əsasən, maskanı yalnız xəstə şəxslər, xəstələrə qulluq edən şəxslər və xəstəxanada həkimlər və bütün tibb personalı taxmalıdır. Bu təlimatdan sonra CDC (Xəstəliklərə Nəzarət Mərkəzi) yeni bir təlimat irəli sürdü. “Xəstəlikdən qorunmaq üçün üz örtücülərdən istifadə qaydaları“ adlı təlimatda aşağıdakı müddəalar yer alıb:

Sıravi şəxslər ev şəraitində hazırlanmış maskalardan istifadə edə və ya yaylıqla ağız-burun çevrəsini örtə bilər.

Bunu nə zaman etmək lazımdır və edərkən nələrin doğru və yanlış olduğunu necə müəyyən etmək olar?

Əmin olmaq lazımdır ki, ağız-burun çevrəsini bağladığınız yaylıq və ya maska nəfəs almağınıza mane olmur.

Bu vasitəni hər zaman çölə çıxdıqda taxın.

Vasitənin ağız-burun çevrənizi tamamilə əhatə etdiyindən əmin olun.

Vasitəni hər istifadədən sonra yuyun.

Bəs nələr doğru sayılmır?

2 yaşdan kiçik uşaqlara istifadə etməyin.

Cərrahi maska və ya digər maskalar (PPE, N95 və s.) istifadə etməyin. Bu maskalar tibb personalı üçün nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd etdiyimi kimi, ESCMİD-in ( Avropa İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyəti) vebinarında COVİD-19 pandemiyası ilə bağlı əlcəkləri yalnız tibb personalının taxmasının vacib olduğu vurğulandı. Və pudrasız əlcəklərin istifadə olunması məsləhət görüldü…

Klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir