biznes

Biznes qurmaq istəyənlər üçün 10 tövsiyə

Baxış sayı: 1. 001

Hal-hazırda əksər insanlarda belə bir fikir formalaşıb ki, biznesə başlamaq üçün külli miqdarda vəsait lazımdır. Əslində isə biznesmenlərin əksəriyyəti öz bizneslərinə başlayarkən cəmi 1000 ABŞ dolları məbləğində kiçik bir vəsaitə sahib olduqlarını bildirirlər. Siz də onların sırasına qoşulmaq istəyirsinizsə, aşağıdakı məsləhətləri diqqətdən qaçırmayın.

 

1) Biznes qurmaq üçün ilk növbədə ideya olmalıdır. İdeya dedikdə insan beynində formalaşan hər hansı adi bir fikir nəzərdə tutulmur. Bu ideya sizdə işləmək həvəsi yaratmalı və sizi öz ardınca apara bilməlidir.

2) Yaradacağınız biznesin maliyyə perspektivlərini müəyyən edin.

3) Biznes qurmaq planınız barədə heç kimə məlumat verməyin. Sadəcə, işə başlayın.

4) İlk sifarişinizi qəbul edin – bu, sizin doğru yolda olduğunuzun göstəricisidir.

5) Hər bir müştəri ilə yaxından maraqlanın, onun üçün daha nə edə biləcəyinizi düşünün.

6) Səbrli olun. Yaxın 2 il ərzində heç bir istirahət və tətil olmadan işləməyə hazırlıqlı olun.

7) Üç il ərzində bütün pullarınızı dəyərli əşyaların satın alınmasına deyil, biznesin inkişafına sərf edin.

8) Əməkdaşlarınızı müstəqil şəkildə seçin. Bu seçimə özünüz qərar verin.

9) Səhərdən axşama qədər çalışın.

10) Unutmayın ki, məğlubiyyət sizi zamanla zəif birinə, uğur isə güclü şəxsiyyətə çevirə bilər. Heç vaxt məqsədinizə nail olmaq üçün əlinizdən gələni əsirgəməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir