el yumaq

Əlləri hansı hallarda yumaq lazımdır?

Baxış sayı: 821

Pandemiya dövründə əllərin tez-tez yuyulması, təmiz saxlanması əsas tövsiyələrdən biridir. Bu, demək olar ki, hər gün mütəxəssislər, əlaqədar qurumlar tərəfindən vurğulanır. Bu gün isə dünyada Əl Gigiyenası Günü kimi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının bu günlə bağlı açıqladığı məlumatda bildirilir ki, əlləri su və sabunla yumaq koronavirusun (COVID-19) qarşısını almaq üçün əsas qabaqlayıcı tədbirlərdən biridir. ÜST bir daha vurğulayır ki, özünüzü və digərlərini xəstələnməkdən qorumaq üçün əllərinizi yuyun. Əlləri bu hallarda yumaq vacibdir:

Öskürdükdən və ya asqırdıqdan sonra
Xəstəyə qulluq edərkən
Yemək hazırlayarkən, eləcə də hazırlamazdan əvvəl və sonra
Yemək yeməzdən öncə
Tualetdən istifadə etdikdən sonra
Əllər gözlə görülə biləcək dərəcədə çirkli olduqda
Heyvanlara və ya heyvan tullantılarına toxunduqdan sonra

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir