“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün sizə gül kələmindən yüngül, sağlıqlı və ləzzətli kotlet reseptini sizə təqdim edirik.
Lazım olan ərzaqlar:
- istiot
- 1 fal çörək
- 3 dolu xörək qaşığı un
- 1 baş gül kələmi (500 qr)
- 2 yumurta
- yarım stəkan süd
- duz
- qızartmaq üçün bitki yağı
Gül kələmini kiçik hissələrə ayırıb duzlu suda bir az yumşalana qədər qaynadın. Sonra püre əzən alət ilə əzin.
Üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın.
Tavada bitki yağını qızdırın. Hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardın. Beləliklə, yemək hazırdır. Nuş olsun!
Hazırladı: Məsudə Sultan