“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə tərxun şorbasının hazırlanmasından bəhs edəcəyik.
İçindəkilər
Mal əti – 250 qr.
Kartof – 2 ədəd
Kök – 1 ədəd
Baş soğan – 1 ədəd
Kərə yağı – 50 qr.
Tərxun – 2 dəstə
Duz, istiot zövqə görə
Hazırlanması
Mal əti xırda dördkünc doğranır, suda qaynadılıb, kəfi yığılır və bişirilir. Baş soğan, kök xırda doğranır kərə yağında qovrulur, bulyona əlavə edilir. Ət bişəndən sonra şorbaya xırda doğranmış kartof, kartof bişənə yaxın isə xırda doğranmış tərxun əlavə edilir, duz, istiot səpilir, 5 dəqiqə sonra odun üzərindən götürülür.
Hazırladı: Məsudə Sultan