komputer-telefon

Telefonun yaddaşını necə tənzimləməli?

Baxış sayı: 1. 185

Müasir smartfonların əksəriyyəti yüksək keyfiyyətli foto və video çəkiliş funksiyasına malikdir. Məhz buna görə də telefonun yaddaşında ən çox yer tutan foto və videolardır. Bunlarla yanaşı, telefonun yaddaşında digər fayllar da saxlanılır və yaddaş dolduqca, smartfonun işində müəyyən ləngimələr və “donmalar” müşahidə oluna bilər.  Əlbəttə ki, bu problemi faylların silinməsi və yaxud “sərt” diskə köçürülməsi ilə həll etmək olar, lakin əlavə avadanlığa pul xərcləmək istəməyənlər müasir texnologiyalar sayəsində əlçatan olan, daha asan və təhlükəsiz üsullardan pulsuz yararlana bilər.

“CLOUD STORAGE” – yəni “Bulud Anbarı”, smartfon və ya kompüterinizin daxili yaddaşı əvəzinə sənədlər, təqdimatlar, cədvəllər və ən əsası şəkillər və videolarınızın onlayn saxlanması üsuludur. Həmçinin bulud saxlama vasitələri, məlumatlarınızı istənilən cihazınızdan əldə etməyə və fayllarınıza baxmaq hüququnu digər insanlara verməyə də kömək edir.

Bulud anbarları, həmçinin biznes məqsədləri üçün da istifadə oluna bilər. Belə ki, lazım olan fayllar və sənədlərə giriş hüququnu şirkət əməkdaşlarına verib, onlardan birgə istifadəni təmin etmək olar.

Adətən “Cloud” xidmətləri çox da ucuz olmayan qiymətə təklif olunsa da, adi istifadəçilər üçün internetdə pulsuz “Bulud Anbarı” imkanları mövcuddur. Aşağıda həmin xidmətlərin ən təhlükəsiz və effektiv variantlarını təqdim edirik. Onlardan yararlanıb çəkdiyiniz şəkil və videoları təhlükəsiz qaydada telefonda yox, onlayn saxlaya bilərsiniz.

Telefonun yaddaşını necə tənzimləməli? - Texno-məsləhət

1)“Google Drive” “Google” tərəfindən verilən pulsuz onlayn məlumatsaxlama xidmətidir. Xidmət, istifadəçinin bütün kompüterlərində, planşetlərində və mobil cihazlarında saxlanan faylları və şəkilləri sinxronlaşdırmaq imkanını verir. Pulsuz olaraq isə 15 GB boş yer təklif edilir.

2) “Microsoft OneDrive” – internet əsaslı bulud və sinxronizasiya xidmətidir. “Microsoft” hesabı olan bütün insanlar 5GB saxlanma yerindən pulsuz istifadə edir. OneDrive tətbiqləri Windows PC və ya Mac əməliyyat sistemindəki faylları sinxronlaşdırmaq üçün istifadə edilə bilər.

3) “Yandex Disk” – istifadəçilərə bulud serverlərində faylları saxlamağa və digərləri ilə bölüşməyə imkan verən bir bulud xidmətidir. Pulsuz olaraq istifadəçilərə 10 GB-lıq yer ayrılır. Əlavə saxlanma yeri lazım olarsa, ödənişli əsaslarda müxtəlif təkliflərdən yararlanmaq olar.

4) “Samsung” istifadəçiləri “Samsung Cloud” xidməti sayəsində öz şəkil və videolarını 15 GB-lik bulud anbarında saxlamaq imkanına malikdirlər.

5) “Apple” istifadəçiləri isə “İcloud” bulud anbarından yararlanır. Burada isə pulsuz təqdim oluna yer 5Gb-dır.

 

Qeyd edək ki, bütün bu xidmətlərin istifadəçiləri, əlavə yer üçün müvafiq ödəniş edərək daha böyük bulud anbarından istifadə imkanına malikdirlər.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir