is

Sahibkarlıqda vacib olan 7 keyfiyyət

Baxış sayı: 1. 208

Necə düşünürsünüz, müvəffəqiyyətli bir sahibkar olmağınız üçün lazım olan bu 7 xüsusiyyətlərə maliksinizmi?

 

Sahibkarlıq nədir?

Əlbəttə ki, hər birimiz sahibkarların daha çox qazanc əldə etmək imkanına malik olduğunu bilirik. Sizcə bu son məqsəddirmi?  Təbii ki, biznes insanın maliyyə cəhətdən müstəqil olmasına və həyatda bir şəxsiyyət kimi özünü realizə etməsinə kömək edə bilər. Buna baxmayaraq, sahibkarlığı digər, daha böyük planların realizə edilməsi vasitəsi kimi görən insanlar da var.

Əgər yaxın gələcəkdə biznes qurmağı planlayırsınızsa, bu məqsədə çatmaq üçün müəyyən keyfiyyətlərə malik olmalısınız.

1) Tənqidi düşünün

Sahibkarlıq tənqidi yanaşma, düşüncə tərzini tələb edir. Həyatımızda baş verən hadisələri tam olaraq idarə etmək mümkün deyildir, bəzən qurduğumuz planlarda dəyişiklik etməli oluruq. Əgər bunu başa düşürsünüzsə, müvəffəqiyyət yolunun yarısını keçmiş sayıla bilərsiniz. Problemi analiz etmək, bu və ya digər məsələyə yanaşmaların yeni variantlarını aşkar etmək qabiliyyəti, sizə bir çox işlərdə kömək edə bilər.

Tənqidi yanaşma yalnız peşəkar hallarda deyil, insanın şəxsi həyatı sahəsində də böyük rol oynayır.

 

2) Fərqlilik

Qeyri-adi düşüncə tərzinə malik olan insanlar, yaranmış vəziyyətdən çıxış yolunu daha tez tapa bilirlər.

Yaradıcılıq insanlara yalnız yeni ideyaların yaradılmasında deyil, eyni zamanda onları realizə edilməsində də kömək edir. Bu keyfiyyət, marketinq kimi sahələrdə böyük önəm kəsb edir və yüksək qiymətləndirilir.

 

3) Çətinliklər

İndi başa düşdük ki, bəzən işlərimiz yolunda getməyə bilər. Sahibkar həyatında yaxşı hadisələrlə yanaşı, bir sıra çətinliklərlə də üzləşə bilər. Qurduğunuz bütün strategiyalar və hiylələr, gözləntilərə cavab verməyə bilər. Müəyyən hallarda sahibkar biznesinin bağlanması haqda da düşünə bilər, lakin belə qərarları verməyə tələsməyin.

Yaşadığınız çətinliklər sizin üçün bir təcrübə olacaqdır, həvəsdən düşməyin və irəli addımlamağa davam edin. Sahibkarlıq dünyasında üzləşməli olduğunuz çətinliklər və stressli situasiyalar, xarakterinizi daha da  möhkəmləndirəcək. Bu, təkcə biznes sahəsində deyil, adi həyatda da böyük rol oynayır.

 

4) Müstəqillik

Əgər şəxsi biznesinizi qurmusunuzsa, onunla bağlı baş verən bütün hadisələrə görə məsuliyyət daşıyırsınız. Digər tərəfdən də, bu, sizin fəaliyyət azadlığınızdır. Belə ki, bütün qaydaların və qərarların mənbəyi sizsiniz. Sahibkarlıq karyerasının ilk başlarında, bütün bunlar bizə sevinc ilə yanaşı məyusluq hissini bəxş edə bilər. Lakin, bir müddət keçdikdən sonra, hər şey yoluna düşəcək.

Gördüyünüz kimi, müstəqillik hərəkət azadlığını verir və insanı daha ciddi, daha məsuliyyətli olmasına kömək edir.

 

5) Komandanı idarə etmək qabiliyyət

Əgər bütün kreativ ideyalarınızı təkbaşına realizə etməyi planlayırsınızsa, müəyyən problemlərlə üzləşə bilərsiniz. Biznesin inkişaf etməsi üçün yaxşı komanda işinə ehtiyac var. Komandanız kiçik ola bilər, burada işin produktiv şəkildə yerinə yetirilməsi daha böyük əhəmiyyət kəsb edir.

Çalışın prioritetləri düzgün müəyyən etmək və insanlara fikrinizi çatdırmaq kimi bacarıqlara yiyələnəsiniz. Başqalarının öhdəliklərinin yerinə yetirilməsi işini, bu insanlara həvalə edin. Hər bir kəs yalnız öz işi ilə məşğul olmalıdır, bunu unutmayın. Balıq ağaca dırmaşmağı, inək isə həmin ağacın budağında oturmağı bacarmır.

Bacara bilmədiyiniz bir işi etməyə çalışmayın.

 

6) Şəxsi brend

Şəxsi brend – qeyri-müəyyənlikdir. Biznesiniz inkişaf etdikcə, əhatənizdə olan sahədə tanınmağa başlayacaqsınız. Sosial şəbəkələr və digər KİV-ləri, şəxsi brendin formalaşmasına təkan verir. Gələcəkdə bu sizin üçün faydalı olacaqdır.

 

7) Əlaqələr

Şəxsi biznes qurduqdan sonra, keçmiş iş yoldaşları və ya tanışları həyatınızdan silməyə gərək yoxdur. Bir çox sosial şəbəkələr var: kontaktları silməyin. Bu qayda telefon nömrələrinə də şamil olunur. Gələcəkdə bu insanlar sizə, siz isə onlara fayda verə bilərsiniz.

Sahibkarlıq insanların qarşısında geniş imkanlar acımaqla yanaşı, bu dünyada daha “bərk” dayanmağı öyrədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir