Yayda qadınlar sellülitlərindən xilas olmaq və arıqlamaq üçün müxtəlif pəhriz saxlamağa başlayırlar. Pəhriz və idmanla yanaşı, sizə təqdim etdiyimiz bu meyvələri yemək piylərin tez əriməsinə kömək olacaq.
Çiyələk – həm C vitamini ilə zəngindir, həm də sellülitləri yox edir.
Gilas – 20 ədəd gilas bir aspirini əvəzləyir. Tərkibindəki E və C vitaminləri piylərin əriməsinə, sağlam arıqlamağa kömək olur.
Şaftalı – Metobolizmi gücləndirir, həzmi yaxşılaşdırır. Tərkibi C, A və B3 vitamini ilə zəngindir.
Alma – arıqlamaq üçün yaşıl alma ən gözəl vasitədir. Tərkibindəki vitaminlər piyləri əridir.
Ərik – Tərkibindəki vitaminlər və minerallar yağları əridir. Bu meyvə həm də sellülit yaranmasının qarşısını alır.
Əncir – Tərkibindəki şəkər insanı tox tutar, iştahı kəsər.
Böyürtkən – 8-10 ədədi 58 kaloridir. B1, B2, C vitamini ilə zəngindir. Sellülit əmələ gəlməsinin qarşısını alır.
Moruq – sellülit yaranmasının qarşısını alır.
Qarpız – Sellülitin düşmənidir. Amma onu miqdarından artıq yemək olmaz.
Manqo – Tərkibindəki C vitamini yağları əridir.
Alça – C və A vitamini ilə zəngindir. Yüksək antioksidant özəlliyi olan alça həmçinin, detoks kimidir. Həzmi yaxşılaşdırır.