magaza

Mağazalarda yay mövsümü üçün geyim tapmaq niyə çətindir?

Baxış sayı: 1. 222

Mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. Operativ Qərargahın qərarına əsasən, iri ticarət mərkəzləri və “Mall”ların nəzdindəki əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə yerlərinin fəaliyyəti bərpa olunmasa da, mağazalar köhnə iş rejimində işlərinə davam edirlər.

Lakin insanlar sosial şəbəkələrdə “Mall”lardakı mağazalarda mövsümə uyğun geyimlər tapılmadığından şikayət edirlər. Bildirilir ki, alıcı çox olsa da, insanlar mövsümə uyğun geyimlər tapa bilmirlər, çünki satışda ötən mövsümün geyimləri satılır.

Bəs, hazırda iri ticarət mərkəzlərində vəziyyət necədir? Həqiqətənmi yay mövsümü üçün geyim tapmaq çətindir?

Bunu aydınlaşdırmaq üçün geyim mağazalarına baş çəkib və mövcud vəziyyətlə maraqlandıq:

İlk diqqətimizi çəkən deyildiyi kimi iyun ayı olmasına baxmayaraq satışda qış geyimlərinin, pencək, qalın şalvarların üstünlük təşkil etməsi oldu. Xüsusilə kişi geyimi bölmələrində qalın şalvarlar, sviterlər çoxluq təşkil edir. Kişi geyim vitrinlərində yay üçün geyim tapmaq çox çətindir. Çünki çeşid azdır,  mövsümə uyğun deyil.

Qadın geyim mağazalarında isə durum fərqlidir. Qadın geyim vitrinlərində yay mövsümünə uyğun ətəklər, donlar, rəngarəng köynəklər üstünlük təşkil edir.
Satıcılarla söhbətimizdə onlar bildirdilər ki, müştərilər arasında qadınlar çoxluq təşkil etdiyi üçün onlar üçün çeşid tapmaq asandır: “Hər zaman qadınlar üçün geyimlər çoxluq təşkil edib. Kişilər bir tonda, eyni stildə geyimlərə üstünlük verdikləri üçün onların geyimləri çox gözə çarpmır. Bundan başqa iki aydan çox karantin oldu. Bu ilin dəbi olan mövsümlük geyimlər əlimizdə qaldı. Onları vitrinlərə qoymağa məcburuq  ki, satılsın. Gələn il dəbdən düşəcək, heç kim almayacaq. Hazırda mövsümə uyğun olmayan geyimləri endirimlə satırıq”,-deyə söhbət etdiyimiz satıcılar söylədilər.

 

Könül İbrahim
Fotolar müəllifindir

magaza 5

magaza 3

magaza 2

magaza 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir