aile

Ailədə birliyi necə qorumalı?

Baxış sayı: 1. 730

Hər bir ailə — yad həmlələrdən qorunması lazım olan müqəddəs yer, qaladır. Ər və arvad bir-birləri üçün hər şey olmalıdırlar. Qadın başqaları ilə bölüşdüyü sirləri ərindən gizli saxlamalı deyil, eləcə də kişinin yad adamlarla danışdığı, lakin arvadından gizli saxladığı sirri olmamalıdır. Ərinin çatışmayan cəhətləri qadının, qadının çatışmayan cəhətləri isə, ərinin ürəyində dəfn olunmalıdır. həyat yoldaşları heç vaxt qarşı tərəfin qəlbinə toxuna biləcək zarafatlara yol verməməlidirlər. Ər və arvad hətta zarafatla da olsa, bir-biri haqqında tanışlara şikayətlənməməlidirlər, çünki bu, tamamilə zarafatyana görünsə də hər iki tərəf üçün xoşagəlməz hal yarada, hətta onları yadlaşdıra bilər.

Ailəni müqəddəs yer, səmanın simvolu, öz əksimizi gördüyümüz güzgü kimi qiymətləndirməliyik. Dostlar və tanışlar ailə həyatına qarışmamalıdırlar. Həyat yoldaşları əmin olmalıdırlar ki, bütünlüklə bir-birinə aiddirlər. Bu, onlara sərbəstlik, rahatlıq və etibar kimi hisslər bəxş edir.

Ayıq olun ki, fikir ayrılığı ailənizə yol tapmasın. Əgər siz birliyə can atsanız, fikir ayrılığı aradan qalxacaq və yenidən ailədə məhəbbət hökm sürəcək. Ər və arvad yadda saxlamalıdırlar ki, yaranmış münaqişələrə görə həyatlarını korlamadan daim irəliyə getməlidirlər. Hətta əhəmiyyətsiz fikir ayrıntısına yol verənlər, şər qüvvələrini evə buraxır.

aile

 

Birliyin sirri. Ailədə və cəmiyyətdə münaqişə və çəkişmələrin səbəbi ALLAHDAN uzaqlaşmaqdadır. ALLAHA yaxınlaşmaq — bir-birinə yaxınlaşmaq deməkdir. Həqiqi birliyin sirri nə diplomatiyada, nə problemlərin öhdəsindən gəlmək bacarığında, nə də çətinlikləri üstələməyə yönəlmiş qeyri-insani qüvvələrin böyüklüyündə deyil, ALLAHA yaxınlaşmaqdadır.

Günəş şəkli təsvir olunmuş rəsmlərə diqqət yetirin. Mərkəzdən kənarlara doğru çoxlu sayda şüalar axır. Mərkəzə yaxınlaşdıqca şüalar bir-birinə daha yaxınlaşır. İnsanın həyatında da bu cür baş verir. ALLAHA nə qədər çox yaxınlaşsaq, bir-birimizə də bir o qədər yaxınlaşırıq.

aile

Ailənin daxili işləri müxtəlif çoxsaylı detallardan ibarət yaxşı nizamlanmış mexanizm kimi səssiz həyata keçirilməlidir.

Ailənin hər bir üzvü bilməlidir ki, o, rahatlıq, səliqə və intizam yaratmaq üçün cavabdehlik daşıyır.

Heç kəs başqasının qarşısında maneə yaratmamalıdır. Hamı bir-birini ruhlandıraraq, xeyirxah işdə birlikdə iştirak etməlidir. Mülayim, təmkinli və hövsələli olmaq, astadan, sakit səslə danışmaq, anlaşılmazlıqlardan uzaq durmaq lazımdır. Ailənin hər bir üzvü bilməlidir ki, ailədə çiyin-çiyinə hərəkət etmək lazımdır. Altı yaşlı uşaqlardan başlayaraq hamı bilməlidir ki, onlardan ailənin ümumi işində yardımçı olmaq tələb olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir