Xüsusi pəhrizə əməl etmədən də arıqlamaq mümkündür. Amerikada Diana İronz imzası ilə çıxan “Asan gözəllik sirləri” adlı kitabda qadınlara pəhrizsiz arıqlamağın üsulları açıqlanır.
Beləliklə pəhrizsiz arıqlamaq üçün…
· İlk əvvəl özünüzə çox bəyəndiyiniz, əyninizə balaca olan bir libas alın. Bu sizdə arıqlamağa olan həvəsi gücləndirəcək.
· Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Bu sizin aclığınızın qarşısını alacaq.
· Yemək zamanı çoxlu bibər yeyin. Bibər bədəninizdəki yağları 25 faiz əridir.
· Qaranlıqda yeməyin.
· Aclıq hiss etdikdə musiqiyə qulaq asın.
· Gün ərzində ən az 20 dəqiqə küçədə gəzin.
· Yeməkdən sonra pilləkənləri çıxıb-düşün.
· Şokaladı yedikdən sonra çay yox, qazlı su için.
· Rəflərinizdə olan libaslarınızı yerə töküb, onları yenidən yerləşdirməyə başlayın.
· Yeməkdən sonra limon yeyin.
· Daha çox tərəvəzlərə üstünlük verin.
· Televizora baxarkən, qəzet və ya kitab oxuyarkən heç nə yeməyin.
Ən əsası bütün günü güzgüyə baxıb, kökəldiyinizi deməkdən əl çəkin. Yediyiniz hər şeydən sonra, “kökəldim” düşüncəsindən uzaq olun.