Balqabaq deserti

Balqabaq deserti necə hazırlanır?

Baxış sayı: 893

Yay fəsli gələndə bir çox valideynlər dondurma ilə bağlı bəzi problemlər yaşayırlar. Bu problemlərdən biridə uşaqlarin dondurmaya olan sevgisidir. Almasa olmur, alsa da bilmir ki, mənşəyi nədir. Buna görə də, ən yaxşısı dondurmanı ev şəraitində ərsəyə gətirməkdir. Ya da uşaqların zövqünü oxşayacaq müxtəlif və yeni dadlara məxsus desertlər hazırlamaq olar. Bu gün sizə balqabaq disertinin hazırlanmasından bəhs edəcəyik.

“Balqabaq desertinin hazırlanması üçün lazım olan ərzaqlar:

Balqabaq – 1 kq

Şəkər tozu – 300 qr

Sulu qaymaq 33% – 200 qr

Bal – 200 qr (və ya hər hansısa mürəbbə şirəsi)

Vanil – 1 paçka

Badam – 100 qr

Hazırlanma qaydası:

Balqabagi soyub təmizləyirik ,kubik şəklində doğrayıb bir listə qoyuruq. Üstünə şəkər tozu əlavə edib soyuducuda +4°C ən az 5 saat saxlayırıq. Sonra həmin listdə 200°C sobada yumuşalanadək bişiririk. ( Diqqət etmək lazımdır ki üstü çox qaralmasın). Badam qovrulur və xırda şəkildə doğranır. Üstünün sousu üçün Kənarda qaymağı balaca qazana əlavə edib bal ilə bir yerdə qaynadırıq və vanil tozunu əlavə edib az xodda asta asta bişiririk . Qaynayan kimi kənara çəkib soyuduruq. Balqabaq istənilən şəkildə servis oluna bilər. Üstünə sous töküb və qovrulmuş badam səpərək servis edin.