geyim

Baxımlı görünmək üçün necə geyinməli?

Baxış sayı: 1. 063

Fəsil dəyişdikcə geyimlərimiz də dəyişir. Geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirirlər. Lakin bu gün xanımlarımızın əksəriyyəti geyim seçimində çətinlik çəkir. Bəziləri isə nəyi və necə geyinməyi belə bilmirlər.

Əziz xanımlar, hər biriniz baxımlı görünmək istəyirsiniz. Bəs, o zaman baxımlı görünmək üçün geyim seçiminizdə nələrə diqqət etməli?

Beləliklə, aşağıdakı qaydaları sizə təqdim edirik.

Tünd rəng bir cins seçin. Kəsimi yaxşı duran, ayaqlarınızı uzun göstərən bir cins garderobunuzun ayrılmaz hissəsi olmalıdır.
Dəbə uyğunluq şərt deyil. Bədəninizə geyindiyiniz paltar əyninizdə rahat olmalıdır ki, bunu ətrafa da yaya bilsin.
Bir cüt şık idman ayaqqabınız olsun.
Aksessuar istifadə edin. Tərzinə uyğun boyunbağı, sırğa, bilərzik görünüşünüzü tamamlayacaqdır.
Qara rəngdən istifadə edin. Qara rəng həm cəlbedici rəngdir, həm də bədəninizdəki qüsurları bağlamaq üçün idealdır.

Sonda qeyd edək ki, hər bir qadın yaşından və statusundan asılı olmayaraq gözəl geyinməlidir. Otuzdan sonra artıq yeniyetmə qız paltarları geyinməməlisiniz, eyni zamanda yaşlı bir xanım kimi görünməyə ehtiyacınız yoxdur. Qarderobunuz yaş dəyişikliklərinizə görə yenilənməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir