fexriyye

Yeni il gecəsi düzgün geyinməyin sirri və 2015-ci ilin dəbi

Baxış sayı: 2. 242

Modelyer Fəxriyyə Xələfova 2015-ci ilin dəbindən danışıb.

“5/5” verilişinə qonaq olan modelyer bu il qırmızı rəngin aktual olacağını vurğulayıb:

“Bu il ən çox qızılı, gümüşü, qırmızı rəng dəbdə olacaq. Keçi ilidir, geyimlərdə bu heyvan amilləri olmalıdır. Qəhvəyi rənglərin qarışığından istifadə edilməlidir. Qırmızı rəng hər zaman aktualdır. Çünki bu rəng qışda faydalıdır. Qış infeksiyalarından, nəzərdən insanı qoruyur, əhval-ruhiyyəni qaldırır”.

Modelyer eyni zamanda Yeni il gecəsi düzgün geyinməyin sirrini də bölüşüb: “Bayram gecəsi mütləq yeni libas geyinilməlidir. Çalışın paltarın cibi olsun. İçərisinə mütləq pul qoyun. Nə qədər çox pul olsa, o qədər xeyirlidir”. (axşam.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir