DENZEL VAŞİNQTON Ve PAULETTA PİRSON

Sevginin yaşa baxmadığını sübut edən cütlüklər

Baxış sayı: 982

Müasir dünyada münasibətlərdə kişinin qadından böyük olması ilə bağlı fikir köhnəlib. Gündən-günə qadının yaşda böyük olduğu cütlüklər təkcə şou-biznesdə deyil, adi həyatda da çoxalır. Bir qayda olaraq, belə nikahlar möhkəm olur və illərlə davam edir. Bu cür münasibətlər insanları canlandırır, onlara ikinci nəfəs verir. Bunlar medianın uydurduğu nağılları deyil, həqiqətdir.

 

YEVA MENDES VƏ RAYAN QOSLİNQ


Rayan və Yeva 2011-ci ildə “Küknarlar altında yer” filminin çəkilişləri zamanı tanış olublar. 6 yaş fərq aktrisaya əngəl olmayıb: “Mən özümü yenidən insan kimi hiss edirəm. Əvvəllər mən həyatımda uşaqların olmamasına sakit yanaşırdım. Sonra isə Rayan peyda oldu. Mən aşiq oldum. Və istədim… yox, uşaq yox, məhz ondan uşağımın olmasını”, – Yeva Woman’s Health jurnalına danışıb. İndi cütlüyün iki qızı var — Esmiralda və Amanda.

 

HAYDİ KLUM VƏ TOM KAULİTZ


Bu cütlüyün öz münasibətlərini yaxşıca gizlətmək bacarığı var. Bir neçə ay ərzində onlar mətbuata kələk gəlmişdilər. Heç kimin ağlına da gəlməzdi ki, 46 yaşlı uğurlu alman model Haydi Klum 29 yaşlı TOKİO HOTEL gitaraçısı Tom Kaulitzlə evlənəcək. Onlar bir müddət əvvəl, 22 fevral 2019-cu ildə ailə qurublar. 17 il fərqin heç bir önəmi yoxdur, yeni evli cütlük firavan yaşayır. Bir neçə səs-küylü sevgi macərası yaşamasından və dörd uşaq anası olmasından sonra Haydi nəhayət ki, öz xoşbəxtliyini tapıb.

 

MEQAN MARKL və UELS ŞAHZADƏSİ HARRİ

Bütün dünyada tanınan bu qalmaqallı cütlüyü gözardı etmək olmazdı. Meqanın kral ailəsindən olmaması bir tərəfə, o həm də şahzadə Harridən 3 yaş böyükdür. Amma bütün bunlar sevən ər və qayğıkeş ata üçün boş şeydi. Bu evli cütlük əsl məhəbbətin nağıl olmadığına canlı sübutdur.

 

DEBORA — Lİ FERNESS VƏ HYU CEKMAN


Debora və Hyunun ilk tanışlığı “Korelli” serialının çəkilişlərində baş tutub. Aktrisanın 39, yeni başlayan aktyorun isə 29 yaşı vardı. Onlar ilk baxışdan bir-birilərinə aşiq olublar. Debbinin sözlərinə görə, Hyu çox utancaq idi və ilk addımı ata bilmirdi. Lakin onların münasibəti günü-gündən irəliləyib və 3 ay sonra aşiqlər toy ediblər. Sonralar isə cütlük çətin sınaqlardan keçməli olub. Onlar övlad sahibi ola bilmirdilər. Amma bu çətinlik onların möhkəm ailə bağlarına təsir etmədi. Əvvəlcə Oskar Maksimilyanı, 5 ildən sonra isə Avi Eliotu övladlığa götürdülər. Cekman həmişə deyir ki, “Debbi dünyada ən yaxşı anadır”. Sarı mətbuat tez-tez onların münasibətləri haqqında uydurmalar yazır. Hyu və Debbi isə bütün dedi-qodulara gülərək deyirlər ki, onlar bir-birilərinin həyatında ən yaxşı hadisədirlər.

 

KEMERON DİAZ VƏ BENJİ MEDDEN


Aktrisa Kemeron Diaz və musiqiçi Benji Medden 2004-cü ildə basketbol meydançasında tanış olublar. Kemeron həmişə nikahı köhnə fikirlilik hesab eləsə də, 2015-ci ildə o, özündən 7 yaş kiçik olan rok-musiqiçi ilə evləndi. Aktrisanın dostları onun əvvəlki sevgililərini müqayisə edərək deyirlər: “O, bu görkəmsiz oğlanda nə tapıb?” Bu suala Diaz cavab verir ki, “Benji qeyri-adi şəxsiyyətdir”. Başdan-ayağa tatulu ər öz sevdiyi qadının şərəfinə belində daha bir tatu döydürüb. Lakin ər bəzən arvadının karyerasına müdaxilə etdiyi üçün ailədə münaqişələr olur.

 

DUEYN UEYD VƏ QABRİEL YUNİON


Aktrisa Qabriel və basketbolçu Dueyn arasında yaş fərqi 10 ildir. Cütlüyün bu yaxınlarda surroqat ana vasitəsilə qızı dünyaya gəldi. Təəssüf ki, Yunion özü dünyaya uşaq gətirə bilməyib. Hər cəhd uşağın düşməsi ilə nəticələnib. Qızın doğulması hər iki valideyn üçün gözəl hədiyyə olub.

 

TİLDA SUİNTON VƏ SANDRO KOPP


Suintonun qeyri-adi görünüşü incəsənətə yaxın olan kişilərin diqqətini çəkirdi. Aktrisa çoxlu rişxənd və məzəmmətlə qarşılaşırdı. Ona əxlaqsız deyirdilər, biseksuallığı barədə şayiələr yayırdılar. Amma Suinton heç nəyi ürəyinə salmırdı. Aktrisanın Yeni Zelandiyalı rəssam Sandro Koppla münasibətləri bəlli olandan sonra şayiələr öz-özünə yoxa çıxdı. Onlar ilk dəfə “Narniyanın xronikaları” filminin çəkilişlərində qarşılaşıblar. “Kentavr” “cadugərdən” 18 yaş kiçik olsa da, onların münasibətləri hələ də davam edir. 

 

CULİANNA MUR VƏ BART FREYNDLİX

Culianna və Bart 1996-cı ildən bir yerdə yaşayırlar. 2003-cü ildə onlar qanuni nikaha giriblər. Buna qədər cütlüyün artıq iki övladı vardı — oğulları Kaleb və qızları Liv. Aktrisa ərindən 9 yaş böyükdür. Mur etiraf edir ki, Bartla münasibətlərində ilk addımı o özü atıb. Evli cütlük bir-birini çox sevir, amma daimi çəkilişlərə görə birlikdə olmağa nadir hallarda vaxt tapırlar.

 

SEM TEYLOR-VUD VƏ AARON CONSON

Daha bir nağılabənzər məhəbbət hekayəsi. Conson yaraşıqlı, uğurlu aktyordur, Teylor isə xərçəngə qalib gəlmiş və boşanmadan keçmiş rəssam. İndi isə o, Aaronun timsalında əsl məhəbbətini tapandan sonra heç bir önyarğı və qınaqlar onu qorxutmur. Əgər iki insanı birləşdirən sevgi varsa, 23 yaş fərqin nə əhəmiyyəti var?! Aaron öz həyat yoldaşına heyrandır və dörd qız atası olmağa xoşbəxtdir, qızlardan iki onların ortaq övladıdır.

 

DENZEL VAŞİNQTON VƏ PAULETTA PİRSON


Onları şou-biznesdə ən möhkəm cütlük hesab edirlər. Nikahları 32 ildir ki, davam edir. Cütlüyün dörd uşağı var. Denzel öz arvadına sadiqdir və  yataq səhnələrində çəkilməkdən imtina edərək, bunun ailəli insana yaraşmadığını deyir. Rejissorlara isə yalnız onun tələbi ilə razılaşmaq qalır. 

 

İndi isə sadə insanların bir neçə hekayəsini danışaq. Uzağa getmək lazım deyil, Bakıda belə cütlüklər az deyil, sadəcə onları paparazzilər izləmir.

 

NATALYA VƏ AZƏR uşaqlıqdan bir-birini tanıyırlar. Onlar eyni məktəbdə oxuyublar, görüşüblər. 6 yaş fərq cavanlara mane olmayıb. Lakin orta məktəbi bitirəndən sonra onların yolları ayrılıb. Hər biri özünə karyera qurub və evlənib. Onların həyatları paralel xətlərlə gedib və heç kəsişməyib. Amma taleyin öz qanunları var və indi onlar birlikdədirlər. Cütlüyün iki gözəl qızı var. Ailədə harmoniya, səmimiyyət və sevgi hakimdir.

 

FİDAN 4 il xaricdə dizaynerlik oxuyub. Bu yaxınlarda Bakıya gəlib və karyera qurmağa başlayıb. İstənilən gözəl və uğurlu qız kimi, onu da bəyənənlər çox olub. Amma bu münasibətlər çox tez bitirdilər. Fidan artıq kişilərdən məyusluq yaşayırdı ki, gözəl günlərdən birində DMİTRİYƏ rast gəldi. Oğlan ondan 5 yaş kiçik olsa da, yaşına görə çox ağıllı idi. Qızın həmin vaxt 23, oğlanın 18 yaşı vardı. Fidan onunla istənilən mövzuda danışa bilirdi. Bu unudulmaz görüşdən sonra o, başa düşür ki, ciddi aşiq olub. Onlar bir-birilərinə nömrələrini verirlər və yazışmağa başlayırlar. İlk vaxtlar onu pasportdakı rəqəmlər bir az narahat edirdi, amma ürəyi ilə hiss edirdi ki, ona başqası lazım deyil. Dmitriy də bu mehriban qızı unuda bilmirdi. Gənclərin, əsas da qızın valideynləri bu seçimdən narazı idilər. Oğlan nəinki kiçik, həm də rusdur. O, hələ indi yaşamağa başlayır, nə karyerası var, nə də pulu. Gözlərinin ağı-qarası tək qızlarına nə verə bilər ki?! Yox, Fidanın valideynləri bu adaxlıdan qəti şəkildə imtina etdilər. Evdə gərgin ab-hava qızı sevdiyi şəxsin yanına köçməyə məcbur etdi. Bir həftə keçməmiş, onlar evləndilər. Fidan hələ ki, valideynləri ilə danışmır. Amma sevgililər xoşbəxtdirlər, uşaqlar barədə düşünmürlər. “Əvvəl özümüz üçün yaşamaq lazımdır”, — cütlük deyir.

 

MEHRİBAN öz əsl məhəbbəti İBRAHİMƏ rast gələndə 30 yaşı vardı. Onlar ağır iş günündən sonra kafedə qarşılaşmışdılar. Həmin gün yağış yağırdı, pəncərədən açılan məncərə qüssəli idi. Qız bir fincan isti qəhvədən həzz ala-ala bir səmimi oğlanla söhbət edirdi. O, öyrəndi ki, onun 23 yaşı var və yenicə universiteti bitirib. Mehriban və İbrahim bir-birilərinə nömrələrini verdilər. Tez-tez gəzməyə çıxmağa başladılar: gah teatra, gah klublara, şənliklərə, kinoya. Bu görüşlər onlara güc mənbəyi bəxş edirdi. Əvvəlcə Mehriban bu oğlanı ciddi qəbul eləmirdi, amma onun həyata baxışlarını dəyərləndirəndən sonra öz münasibətini dəyişdi. Oğlan Mehribanı öz valideynləri ilə tanış edəndə onlar oğullarının seçimindən heyrətə gəlmişdilər. Qalmaqal düşmüşdü, valideynlər qonaq haqqında çox kobud danışmışdılar. Qız onların oğlunun tayı deyil! İbrahim belə rəftarı bağışlaya bilmədi. Mehriban sevdiyi şəxsin valideynləri tərəfindən təhqir olunandan sonra bir daha onun həyatında olmamağa qərar verdi. Amma oğlan bilirdi ki, sevgi uğrunda mübarizə aparmaq lazımdır və hərəkətə keçdi. O, Mehribanın yanına gəldi, onu sakitləşdirdi və izah elədi ki, tale onları boş yerə görüşdürməyib. Oğlan çox istedadlı olduğu üçün karyera pilləsində sürətlə irəlilədi. İndi İbrahim tanınmış şirkətdə IT-direktordur. Onun möhtəşəm həyat yoldaşı və gözəl qızı var.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir