ecnebi toy

Xanımlarımızın əcnəbi şəxslərlə nikah bağlamasının səbəbləri nədir?

Baxış sayı: 1. 264
Azərbaycanda əcnəbilərlə 500-ə yaxın nikah bağlanıb. Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2019-cu ildə vətəndaşlığı olmayan əcnəbilərlə 2270 nikah bağlanıb. Onun sözlərinə görə, 2020-ci ilin altı ayı ərzində isə 479 belə hal qeydə alınıb.
Cəmiyyətimizdə xanımların əcnəbilərlə ailə qurması artıq adi hala çevrilib. Bəziləri buna birmənalı yanaşsa da, xarici vətəndaşlarla ailə qurulmasına qeyri-adi hadisə kimi baxanlar da var. Maraqlıdır, xanımlarımızın əcnəbi şəxslərlə nikah bağlamasının səbəbləri nədir?
 “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirir ki, sovet dövründə əcnəbilərlə ailə quran qadınların sayı lap çox olub:
“Hər kəs müstəqildir. Xarici vətəndaşlarla ailə quran xanımlar nə üçün bu addımı atdıqlarını daha yaxşı bilərlər. Hazırda internet əsridir. Bəzən virtual aləmdən tanış olub bir-biri ilə əlaqə qururlar.
10 milyondan çox əhalisi olan ölkədə 500 o qədər də böyük rəqəm deyil. Ona görə də xanımlarımızın əcnəbilərlə ailə qurmasını anlayışla qarşılayıram. Sevgi azaddır. Bir-birilərini sevirlərsə, ailə qura bilərlər. 500 elə də sensasiya doğuracaq rəqəm deyil”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir