geyim

Payız-qış trendləri nələrdir?- Zəncir boyunbağılar, kəmərli gödəkçələr…

Baxış sayı: 995

Uzun bir evdəqal dövründən sonra yayı geridə qoymaq üzrəyik. Bəli, heç birimiz bunun necə geçdiyini başa düşmədik, ancaq payız artıq qapıdadır. Bəs qarderobunuz payız-qış 2020-2021 mövsümünə hazırdırmı?

Evdə qaldığınız müddətdə trendlərlə maraqlanmamısınızsa, o zaman dərhal bunu düzəltmək lazımdır.

Beləliklə, xarici KİV-ə istinadən 2020-2021-ci illərin payız və qış trendlərini təqdim edirik:

Qırmızı

Qırmızının dəbdən düşəcəyi bir mövsümün gələcəyini bilmirik. Amma bu mövsüm bütün moda dizaynerlərinin razılaşdığı rəng qırmızı oldu. Özünüzü başdan ayağa qırmızı rəngə bürümək üçün ən uyğun mövsümdür.

 

Diqqət çəkən qollar

Hamının gözünün üzərinizdə cəmlənəcəyi bir trend gəlir. Səliqəli, naxışlı, toxunmuş, qabarıq, ağla gələn hər şey qollarda özünü büruzə verəcək.

 

Fransız bereti

Romantik bir payız-qış mövsümü olacağını əvvəlcədən başa düşmüsünüz. Mövsümün ən romantik trendlərindən biri fransız beretidir. İstənilən ölçüdə, rəngdə, tərzdə…

 

Cəlbedici yaxalar

Video konfranslar indi həyatımızın bir hissəsi olduğu üçün bizi xilas edəcək daha zərif bir detal ola bilərmi? Bu romantik trendi çox sevəcəksiniz.

 

Kəmərli gödəkçələr

Son bir neçə mövsümdə böyük ölçülü gödəkçələrin dəbdə olduğunun şahidi olduq. Bu mövsüm kiçik, lakin çox dəbli bir yeniləmə gəlir. Nəhəng moda dizaynerləri moda nümayişlərində payız-qış mövsümü üçün tez-tez istifadə etdikləri gödəkçələrin belinə kəmər taxma trendindən yararlanaraq xarizmanı artırmaq olar. Belə gödəkçələr beli daha incə göstərir.

 

Zəncir

Zəncirlər bir müddətdir gözümüzə çarpır. Amma bu mövsüm böyük bir trend olaraq qarşımıza çıxacaq. Nəhəng moda evləri bu trendi zərgərlik, geyim, ayaqqabı və çantada istifadə edərək payız-qış mövsümündə yerini möhkəmləndirir.

 

Palto

Üst geyimlərinə gəldikdə, paltolar illərdir moda paytaxtlarında öz izlərini qoyur. Heç bir yerə getmək fikri də yoxdur.

 

Dəridən olan hər şey

Payız-qış mövsümü üçün əvəzedilməz olan dərini bu mövsüm ən müasir formada izləyirik. İddiaçı qadınların trendi paltolarından şalvarlar, tulumlar və hətta əlcəklərə qədər hər variantla mövsümə cazibədar bir giriş edir.

 

Atlı çəkmələri

Mövsümün ən diqqətəlayiq ayaqqabı trendlərindən biri də çəkmələrdir. Çəkmələr bu mövsüm trenddə olacaq.

geyim 10

geyim 8

geyim 7

geyim 6

geyim 5

geyim 4

geyim 3

geyim 2

geyim 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir