kitab

Səyahət üçün 10 mövtəşəm kitab

Baxış sayı: 1. 301

Koronavirus pandemiyası səbəbindən hər kəsin səyahət və istirahət planları alt-üst olsa da,  hələ ki, yay fəsilidir və deməli, səyahət və məzuniyyətlər mövsümü adlandırdığımız dönəm davam edir.  Səyahət zamanı düzgün seçilmiş kitab yol boyu vaxt “öldürməyə” və asudə vaxtınızı səmərəli keçirməyə kömək olur. Hazırkı məqaləmizdə macəra, avantür, yumor və yaddaqalan hadisələrlə zəngin romanları sizin diqqətinizə çatdırırıq – uzun yol üçün lazım olan tək şey.

 

Fenni Fleq – “Yarımstansiya” kafesində qızarmış yaşıl pomidorlar

Müəllif, həyatın bir-biri ilə yaxınlaşdırdığı və dostlaşdırdığı qadınların həyatından gözəl şəkildə bəhs edir. Roman ilk səhifələrindən oxucunu özünə cəlb edir və kitabı sona kimi oxumamış kənara qoymaq mümkün deyil. Sevgi və nifrət, qayğı və faciə, parlaq personajlar və gözlənilməz dəyişikliklər – əsərdə hər şey məharətlə təsvir olunub.

 

Duqlas Adams – «Qalaktikaya avtostopla yol bələdçisi»

Yol boyu sizi darıxmağa qoymayacaq hər şey bu romanda var –parlaq yumor, qalaktikada yaşayan fantastik varlıqlar, qəhramanların kosmosda çılğın sərgüzəştləri və əlbətdə ki, həyəcanverici süjet. Özü də kitab hətta realistlərin də zövqünü oxşuyacaq, çünki əsər müəllifin məzəli və eyni zamanda müdrük fikirləri ilə nəql edilir.

 

Con Krakauer – Vəhşi şəraitdə

Bütün mülkünü paylayıb Alyaskanı tək başına fəth etməyə yollanan tələbə və idmançı Kris Makkendlessin hekayəsi. Baş qəhrəman vəhşi şərait və tənha ucsuz-bucaqlıqda baş çıxararaq, həvəslə mücadilə apararaq və bu sərt şərtlərdə hər nə olursa olsun sağ qalmağa çalışaraq atılmış avtobusda yaşayır.  Kitabın dünya üzrə satışı 2,5 milion nüsxə təşkil etmişdi.

 

Jül Vern —  Sirrli ada

Siyahımız macəra dolu buklasik roman olmadan yarımçıq olardı. Hava şarında əsirlikdən qaçmış beş nəfər sahibsiz adaya düşür və vəhşi təbiəti öz iradələrinə tabe edirlər. Olduqca müəmmalı macəralar və süjetin gözlənilməz məqamları oxucunu kitabın sonuna kimi müsbət əhvalda saxlayır.

 

Alessandro Barikko — 1900-ün əfsanəsi

Bütün həyatını gəmidə keçirərək görkəmli pianoçi kimi böyüyən balaca oğlan haqqda olduqca parlaqvə insanpərvər kitab. Onun nə adı, nə də ki, yurdu var, heç vaxt ayağını torpağa belə basmayıb, sadəcə havadan asılı olmayaraq pianoda ifa edirdi. Kitab gözəl melodik dildə yazılıb və yüngül kədər və şəfqət hissi ilə hopub.

 

Cek Keruak – Yolda

Özünün ziddiyyətli üslubu ilə yaddaşlarda qalan “the beats” nəslinin parlaq nümayəndəsi dünyaca şöhrəti məhz bu roman sayəsində qazanmışdı. Kitab, öz “mustanq”-ı ilə sonsuz yolda səyahət edən sərxoş və əyyaş Moriairtinin həyat hekayəsindən bəhs edir. Xüsusi yazı tərzi səfər və yol əhvalatları mövzusuna bir qədər fərqli bucaqdan baxmağa imkan verir.

 

Konan Doyl – Atılmış dünya

Britaniyalı alim sağ qalmış qədim dinozavrların yaşadığı dünyanı aşkarladığını bildirir. Məlumatın doğruluğunu yoxlamaq üçün ekspedisiya yola düşür. Təyinat yerinə gəldikdə isə səyahətçilər komandası professorun haqqlı olduğunu öyrənir.

 

Rey Bredberi – Zəncirotu şərabı

Dünya ədəbiyyatının qızıl fonduna salınmış və minlərlə pərəstişkara sahib bu əsər Spoldinqlər ailəsindən bəhs edir. Amerikan ailədə ənənələrə sadiqlik qorunub saxlanılır, belə ənənələrdən biri də yayda toplanmış zəncirotundan şərab hazırlamaqdır. Və bu yay Duqlasın öz gündəliyində təsvir etdiyi sevincli-kədərli hadisələrlə zəngin oldu.

 

Klifford Saymak – Qoblinlər qoruğu

Amerikan yazıçısı Saymakın romanı insanlığa olan sevgi və parlaq gələcəyə inamla köklənib. Hadisələr uzaq gələcəkdə, insanların artıq bir çox icadlara imza atdığı və onlardan birinin də planetlərarası səyahətin olduğu aləmdə cərəyyan edir. Kosmik səyyahları qarşıda gözləyən sərğüzəştlər də isə qoblin, trol və pərilərin köməyi gözlənilir…

 

Sergey Dovlatov – Çemodan

Müəllifin SSSR-i dövründə baş vermiş sərgüzəştləri haqqda bəhs edən hekayələr toplusu. Yalnız öz işinin ustadı olan Dovlatov heç də məzəli olmayan əzab və sovetin digər gerçəklikləri haqqda bu dərəcədə rişxəndlə danışa bilərdi. Oxşarməqamlar yaşamısınızsa, o zaman kitab mütləq zövqünüzü oxşayacaq.

 

Coan Harris – Şokolad

Fransiyanın cənubunda yerləşən kiçik şəhərciyə gözəlliyi və azad fikirliyi ilə seçilən yeni qadın gəlir, lakin ən əsası odur ki, o, sakinləri daha öncələr onlara naməlum olan şokolad aləmi ilə tanış edir. Kitabı bir-bir vərəqləyərək oxucu sanki təzə hazırlanmış şokoladın valehedici ətirini hiss edir.

 

Slava Se – Lehimçi, onun pişiyi, həyat yoldaşı və sair təfsilatlar

Yumor və əyləncəli təsvir üslubu kitabı darıxmamaq üçün əla vasitəyə çevirir. Kitabda həmçinin akademik teatrda çıxış edərək qazanc əldə edən yeganə Baltikyanı lehimçinin məişət əhvalatlarından bəhs edilir. Bəs əslində görəsən o kimdir – müəllifin özü, yoxsa uydurulmuş personaj?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir