evlilik teklifi

Kişilər niyə evlənmək istəyir?

Baxış sayı: 1. 117

Evlilik kişinin təklif etməsi ilə başlanan münasibət olduğu üçün əksər hallarda evliliyin ömrünün, davamlılığının ancaq kişilərdən asılı olduğu düşünülür. Araşdırmalara görə, elə evlilikdə problem yaradan ən böyük səbəblərdən biri də budur.

Ailənizdə bu kimi problemlərin yaranmaması üçün indi sizə kişilərin evlilik haqqındakı fikirləri barədə məlumat verəcəyik.

“Evlilik kişinin həyatını rahatlaşdıran bir hadisədir”. Əgər siz də bu fikirdəsinizsə, tamamilə haqlısınız. Kişilərin evlənməsinin səbəblərindən biri də standart, hamı kimi həyat tərzi keçirmək istəkləridir.

Kişilər üçün ciddi münasibətə başlamaq, bu münasibəti davam etdirmək o qədər də asan deyil. Buna görə də onlar evliliyi bitirmək üçün səbəb, bəhanə axtarmazlar. Elə buna görə də kişilər etdiyiniz hər xırda hərəkəti gözlərində böyütmürlər.

evlilik

Evlilik qərarı aldığı gündən kişi üzərinə düşən məsuliyyəti tam dərk edir. İndi yalnız öz istəyinə görə deyil, həm də ailəsinə görə çalışmalı, işləməli olduğunu bilir. Və əmin ola bilərsiniz ki, onlar madiyyat haqqında sizdən daha çox düşünürlər. Çünki hər bir kişi üçün onun qüruruna ən çox təsir edən hadisə həyat yoldaşının, uşaqlarının ehtiyacı olduğunu halda onlara istədiklərini ala bilməməsidir.

Evlilikdən sonra kişinin bu kimi məsələlərə diqqəti artdığı üçün artıq sevgili olduğunuz zamanlardakı kimi tez-tez xırda sürprizlərlə qarşınıza çıxmır. Çünki o hadisələrin ciddiyətinin fərqindədir, amma bu o demək deyil ki, həyat yoldaşınız sizi əvvəlki kimi sevmir, onun həyatında başqa biri var.

Kişiləri evlilik zamanı narahat edən səbəblərdən biri də həyat yoldaşlarının onların bu əziyyətini qiymətləndirməməsi, heç bir səbəb olmadığı halda xəyanətdən şübhələnməsidir. Unutmayın, əziz xanımlar, əgər qarşınızdakı kişinin sizə xəyanət etdiyini fikirləşirsinizsə, bu şübhələriniz təsdiqini tapmamış onları həyat yoldaşınızla bölüşməyin. Bu kişidə sizin ona inanmadığınız, etibar etmədiyiniz təsəvvürünü yaradacaq.

Unutmayın ki, ailəni ailə edən əsas qüvvə qadındır. Buna görə siz ailədə üzərinizə düşən məsuliyyəti dərk etməli və ailənizin daha uzunömürlü olması üçün hər şeyi kişidən gözləmək əvəzinə ona dəstək olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir