usaq

Uşağınız çox səliqəsizdir, yoxsa siz çox səliqəlisiniz?

Baxış sayı: 869

Uşağınız oyuncaqlarını yığışdırmır? Paltarlarını hara gəldi atır? “İş stolu” səliqəsiz olur?.. Elə isə bu suallara cavab tapmazdan əvvəl sizi bir qədər düşünüməyə dəvət edirik. Uşağınız çox səliqəsizdir, yoxsa siz çox səliqəlisiniz?

Bəzi valideynlər həddindən artıq səliqəli olurlar və təbii olaraq, uşaqlarından da eyni şeyi tələb edirlər. İstədiklərini görə bilməyəndə isə uşaqlarına “səliqəsiz” etiketi vururlar. Əgər sizin də uşağınız bu kateqoriyaya daxildirsə, məsələyə daha geniş yanaşmalı və uşağınıza yapışdırdığınız etiketi çıxarmalısınız. Əks halda, bütün zəhmətiniz boşa gedəcək və vaxt keçdikcə uşağınız həqiqətən də, səliqəsiz olacaq. Başqa bir kateqoriyaya isə doğrudan da, səliqəsiz olan uşaqlar daxildirlər. Çünki bəzi uşaqlar əslində səliqəsizliklə özlərinə səliqə qururlar. Ətrafda hər şey səliqəli olduqda isə təbii olaraq narahat olurlar. Bəzi uşaqlar isə ətraflarında dağıtdıqlarını yığışdıran bir nəfər olduğu üçün səliqəsiz olurlar. Bu vəziyyətdə də valideyn təhqiqata özündən başlamalı və uşağını səliqəsizliyə sövq edən amilin kimdən irəli gəldiyini müəyyən etməlidir.

usaq

İndi isə problemin qarşısını almaq üçün başqa bir təklifi nəzərdən keçirək: Uşağınıza səliqəsizlik hüququndan istifadə etmək üçün bir məkan ayırın. Bu məkan uşağınızın otağı, iş stolu və ya şkafı ola bilər. Nə olursa-olsun, bu məkana müdaxilə etməyin. Hətta, bu məkanı uşağınıza kömək etmək üçün də yığışdırmayın. Qoy uşağınız bu məkanda istədiyi kimi hərəkət etsin. Təbii ki, uşağınız məsuliyyətdən kənarda qalmamalı və ya bütün məsuliyyət uşağınızın üzərində olmalıdır. Bundan başqa, uşağınıza digər ailə üzvlərinin də istifadə etdiyi məkanlardan da istifadə edə biləcəyini xatırladın. Ancaq bu məkanlardan istifadə etdikdən sonra yığışdırmağı xatırlatmağı da unutmayın. Yığışdırmadıqda isə əşyalarının itə biləcəyini deyin. Digər tərəfdən, siz bu qaydanı bütün ailə daxilində tətbiq edə və ya oyuna çevirə bilərsiniz.

Bütün ailənin istifadə etdiyi məkanlarda da səliqəsizlik müşahidə edilərsə, ortada olan əşyalar digər ailə üzvləri tərəfindən (məsələn, bir aylıq bir müddət üçün) itirilə və ya başqa bir ifadə ilə aradan qaldırıla bilər. Təbii ki, ən sevdiyi oyuncaqdan və ya paltardan bir ay uzaq qalmaq uşağınızın xoşuna gəlməyəcək. Beləliklə, uşağınızın həm yaşayacaq, həm də öyrənəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir