KORONAVIRUS

COVID-19 insan beynini “yeyir” – ŞOK ARAŞDIRMA

Baxış sayı: 824

SARS-CoV-2 virusunun hüceyrələri beyində çoxalaraq sağlam hüceyrələri də sıradan çıxarır. Bu fakt beynəlxalq mütəxəssislərdən ibarət araşdırma komissiyasının apardığı analizlər nəticəsində ortaya çıxıb.

Laboratoriya şəraitində yaradılan beyin hüceyrələri və meymunların beyni üzərində aparılan araşdırmada sağlam beyin hüceyrələrinin yaxınlığında yerləşən viruslu hissəciklərin digərlərini sanki boğaraq oksigensiz qalmalarına və ölmələrinə səbəb olduğu məlum olub.

Bu problemin qarşısını almaq üçün xəstəliyə qalib gələn şəxslərin qanından əldə olunan antitellər lazımdır.

Bu günə qədər aparılan araşdırmalarda COVID-19 xəstələrinin ölüm səbəbləri arasında beyinlə əlaqədar heç nə tapılmayıb. Lakin mütəxəssislər beyində yaranan və tapılmayan infeksiyaların ölümcül ola biləcəyini bildirir.

Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda koronavirus xəstələrinin 30-84%-nin nevroloji simptomlar daşıdığı müəyyən edilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir